Paşinyan istefa verərsə, sülh müqaviləsinin taleyi necə olacaq? - ŞƏRH
Daha əvvəl, Ermənistan mətbuatında Nikol Paşinyanın istefası ilə bağlı çıxan yazıların 1 aprel – Gülüş günü ilə əlaqədar "zarafat" olduğu üzə çıxdı. Lakin bildirmişdik ki, Paşinyan özünəyaxın müxalifətini yeniləmək məqsədilə seçkilərə bilər. İki ölkə arasında baş verən danışıqlardan sonra Ermənistan müxalifəti və xalqı Paşinyanın istefasını tələb edir. Hazırda Ermənistan baş naziri güc tətbiq etməklə aksiyaları dayandırmağa çalışır yaxud yeni bir "fiqur" yaratmaqla "mən əsas hakiməm" deməyə çalışır. Siyasi təhlilləri və gedən prosesləri nəzərə alsaq, Paşinyan hakimiyyətdən uzaqlaşa bilər? İstefa verəcəyi təqdirdə sülh müqaviləsinin taleyi necə olacaq.
Mövzu lə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Paşinyanı ittiham etdikləri məsələ Qarabağda uduzmağıdır. Sonra isə antiterror əməliyyatları və Qazaxın kəmərlərinin geri qaytarılması ilə bağlıdır.
"Ermənistan müxalifəti Paşinyanın üzərinə bunlarla gəlir. Burada bir məqamı qeyd etmək lazımdır. 44 günlük müharibənin nəticəsinə görə Paşinyan istefa verdi və növbədənkənar seçkilər keçirildi. Burada Paşinyan hakimiyyəti yenidən qalib gəldi. Amma o dövrdə həqiqətən Paşinyanın reytinqi çox yüksək idi. Amma son dönəmlər Paşinyanın reytinqi düşür və artıq müxalifət, Rusiyaya bağlı qruplar xalqı inandıra biliblər ki, Paşinyan ancaq Azərbaycana torpaq verməklə məşğuldur. Onlar bildiriblər ki, Paşinyan Azərbaycan nə istəyirsə onları yerinə yetirməklə məşğuldur".
Ekspertin sözlərinə görə, burada əsas məsələ Paşinyanın Rusiya ilə münasibətləridir. Paşinyan Rusiyaya qarşı çıxır və qərb xəttini tutaraq bu istiqamətdə addımlar atır:
" Dolayısıyla Rusiya və müxalifət Paşinyanı hakimiyyətdə istəmir. Ermənistanda müxalif qrupların hamısı demək olar ki, Rusiyaya bağlıdır. Yəni Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı çoxlu sayda iddialar. Bu iddiaların gerçəkləşməsi mümkündür. Bir məsələni nəzərə almaq lazımdır ki, düşünmürəm indiki məqamda Paşinyan seçkiləri elan etsin. Çünki indiki reytinqi ilə, müharibədən əvvəlki reytinqi arasında çox ciddi uçurum var. İndi reytinqi çox aşağıdır. O zamanlar vəziyyəti bildiyi üçün növbədənkənar seçkilərə getdi. Paşinyan dirəniş göstərəcək ki, müddəti bitənə qədər hakimiyyətdə qala bilsin".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 884 Tarix: 24 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə
23 iyunİmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI
I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə
24 iyunHava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi
5 sentyabrAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyunNiderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi
Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin
23 iyunAzərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi
Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati
22 iyunPirşağıda dənizdə qadın batıb
Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır
29 iyun