Tavuşda və İrəvanda kütləvi etirazların təşkilinin arxasında KİM DAYANIR? - ŞƏRH

Tavuşda və İrəvanda kütləvi etirazların təşkilinin arxasında KİM DAYANIR? - ŞƏRHXəbər verdiyimiz kimi, Tavuş və İrəvan ərazisində kütləvi eitraz aksiyaları davam edir. Artıq kütləvi etirazların qarşısının alınması ilə bağlı yollar bağlanır və kütləvi həbslər başlayıb. Ermənistan polisi "Vətən naminə Tavuş" təşəbbüsünün fəallarını saxlayıb. O, cümlədən Ermənistanı Gürcüstanla birləşdirən dövlətlərarası avtomobil yolunu, Alaverdi və Noyemberyan yollarının kəsişməsini bağlamağa cəhd edən digər fəallar da saxlanılıb. Baş verən hadisələrə diqqət yetirsək, Tavuş və İrəvanda başlayan kütləvi etirazların arxasında kim dayanır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib kİ, Qazaxın kəndinin qaytarılması ilə bağlı etiraz edənlərin səbəbkarları Ermənistanın daxilində olan müxalif qüvvələrin təhriki ilə bağlıdır. Belə ki, bu qüvvələr vəziyyəti daha da gərginləşdirir. Onlar Qarabağ kartından Ermənistan hakimiyyətinə qarşı istifadə etməyə çalışırlar:

" Hakimiyyətə təsir etməyə və dəyişdirməklə bağlı addımlar atırdılar. Amma Ermənistan cəmiyyətində Qarabağ ilə bağlı məsələ istədikləri effekti vermədi. Paşinyanın belə bir mövqeyi var idi ki, Qarabağı verirsə, bu dəfə Ermənistanı soruşacaq. İndi bunu fürsət olaraq görürlər. Onlar Qazaxın kəndlərini Ermənistan ərazisi adlandırırlar. Göstərməyə çalışırlar ki, Paşinyan artıq Ermənistan ərazilərini təhvil verməyə çalışırlar. Bu məsələnin arxasında Ermənistanın müxalifəti və erməni kilsəsi dayanır. Hansı ki, daşnaklar və erməni millətçiləri var ki, onlar uzun müddətdir bütün ideologiyanı bunun üzərində qoyublar. Bütün bu siyasəti Azərbaycan və Türkiyə düşmənçiliyi üzərində qurublar. Ölkələrə gəldikdə isə burada ölkədən daha çox erməni diasporu yol oyanır. Bu məsələni alovlandırmaqda maraqlıdırlar".

Asif Nərimanlının sözlərinə görə, məlumatlara baxdıqda etirazlar təkcə, sərhəd istiqamətində deyil, digər ərazilərdə iğtişaşlar başlayıb. O cümlədən Nikol Paşinyan sərhəd bölgələrdə yaratdığı komissiya var idi. Artıq həmin komissiyanın üzvləri istefa verməyə başlayıblar:

"Nəticə olaraq hakimiyyəti dəyişdirmək ehtimalı zəif görünsə belə, müəyyən bir müqavimət forması yaratmaq istəyirlər. Burada istisna edilməməlidir ki, erməni diasporunun aktiv olduğu Fransanın bu iğtişaşları yaratmaqda maraqlı ola bilər. Makron hakimiyyəti Paşinyan ilə birlikdə çalışsa belə, bir çox məsələdə, xüsusilə Azərbaycan və Ermənistan arasında bir anlaşmanın olmasında maraqlı deyil. Xüsusən ikitərəfli danışıqların olmasını istəmir. Fransanın istəyi vasitəçilik yolu ilə bölgəyə daxil olmaq istəyir və bu iğtişaşların yaranmasında olması ehtimalını istisna etməməliyik. Amma bu birbaşa özü yox, erməni diasporunun əli ilə edilmiş bir addımın ola biləcəyini düşünürəm".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1152   Tarix: 24 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun