Bu müddətdən sonra pensiyalar... - ŞAD XƏBƏR

Bu müddətdən sonra pensiyalar... - ŞAD XƏBƏRƏmək pensiyası vətəndaşlarımızın illər ərzində göstərdiyi əmək fəaliyyətinin nəticəsi olaraq təyin olunur. Bu zaman müəyyən olunmuş pensiya stajına və pensiya kapitalına çatmaq lazımdır.

Lakin burada bir sıra sual doğuran məqamlar ortaya çıxır. Məsələn, şəxs pensiya yaşına çatmadan müəyyən olunmuş pensiya kapitalına çatarsa, ondan istifadə edə biləcəkmi? Yaxud da müəyyən olunmuş kapital həddinə çatmadıqda onun sosial ödənişlərinin taleyi necə olur?

Hüquqşünas Toğrul Şimiyev bu kimi suallarla bağlı "Ölkə.Az"ın suallarını cavablandırıb.

O bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin edilməsi şərtlərindən biri də müəyyən edilmiş minimum pensiya kapitalına çatmaqdır:

"Şəxs əgər pensiya yaşına çatıbsa və 25 illik minimum əmək stajı yoxdursa, bu zaman ona pensiya təyin edilməsi üçün kapitala ehtiyacı var. Şəxs minimum pensiya kapitalını əldə edə bilmədikdə ona pensiya təyin edilmir. Bu zaman o, qalıq hissəni öz vəsaiti hesabına ödəyərək pensiya ala bilər.

Şəxsin müəyyən qədər pensiya kapitalı varsa, lakin o, pensiya yaşına çatmayıbsa, pensiya kapitalından istifadə edə bilməz. Sadəcə, şəxs vəfat edərsə, onun ailə üzvləri ailə başçısını itirməyə görə əmək pensiyası ala bilərlər. Lakin bunun üçün də müəyyən şərtlər var. Həmçinin ailə başçısını itirməyə görə əmək pensiyası ala bilmək üçün lazım olan pensiya kapitalının minimum həddi fərqli qaydada hesablanır".

Ekspert deyir ki, xarici təcrübədə bəzi ölkələrdə şəxs öz pensiya kapitalının müəyyən bir qismini götürüb istifadə edə bilər. Lakin təəssüf ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində belə bir müddəa nəzərdə tutulmayıb.

Belə bir halın Azərbaycanda tətbiq edilib-edilməyəcəyinə gəlincə isə T.Şimiyev bildirib ki, hazırda bu, mümkün deyil:

"Bildiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsdir və o öz-özünü maliyyələşdirir. DSMF-nin büdcəsi isə əsasən şəxslərin sosial sığorta ödəmələrindən formalaşır. Hazırda DSMF özünü tam şəkildə maliyyələşdirə bilmir və dövlət büdcəsindən müəyyən yardımlar alır. Lakin hər il DSMF-nin özünü maliyyələşdirmə faizi artır və müəyyən vaxtdan sonra o, tam olaraq özünü maliyyələşdirə biləcək. Hesab edirəm ki, yalnız bundan sonra həmin məbləğin bir hissəsinin şəxsə müəyyən şərtlər altında geri qaytarılması məsələsinə baxılacaq".

Ekspertin sözlərinə görə, müəyyən bir borc və digər səbəblərdən pula ehtiyacı olan şəxsin pensiya kapitalının bir hissəsinin ona geri qaytarılması mümkün deyil:

"Şəxs heç bir halda öz pensiya kapitalından təyinatdan kənar istifadə edə bilməz. Hətta vətəndaşlıqdan çıxma və digər hallarda belə həmin məbləğ şəxsə geri qaytarılmır. Hesab edirəm ki, bu barədə təbii ki, yeniliyə ehtiyac var. Yuxarıda da qeyd edildiyi kimi, bəzi Qərbi Avropa ölkələrində pensiya kapitalına şəxsin mülkiyyəti prinsipi ilə yanaşılır. Mülkiyyət isə bildiyimiz kimi, şəxsə məxsusdur və şəxs onun üzərində istədiyi kimi sərəncam verə bilər".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 2878   Tarix: 25 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Pirşağıda dənizdə qadın batıb

Abşeronda daha bir nəfər dənizdə batıb. -a istinadən xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır

29 iyun
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun