"Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər..."

"Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...""İrəvanda aprelin 22-26-da azərbaycanlılara bazara çıxmağı qadağan etdilər... Şəhərin, eləcə də kəndlərin küçələrinə qara bayraqlar sancıldı..."

"Mən bilirdim ki, həmin azərbaycanlını öldürənlər Avşar kəndinin erməniləridir və onları tanıyırdım da..."

Dünən – aprelin 24-də qondarma "erməni soyqırımı"nın 109-cu ilini qeyd edən, təəssüf ki, hələ də xeyli hissəsi qatı irqçi, terrorçu xislətli olan erməni toplumu sovet dövründə, hələ azərbaycanlıların, Azərbaycan türklərinin "Ermənistan" adlanan Qərbi Azərbaycanda, İrəvanda, Zəngəzurda, Göyçədə, Basarkeçərdə yaşadığı illərdə də bu saxta tarixi qeyd edib. O cümlədən onun 50 illiyini... 1965-ci ildə...- Kremlin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda...

Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, oxucularımıza maraqlı müsahibə, açıqlama və yazılarıyla tanış olan sabiq deputat, rəhmətlik Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, hələ 1940-1950-ci illərdə Qərbi Azərbaycanın soydaşlarımızla ermənilərin yanaşı yaşadıqları bir sıra rayonlarda rəhbər vəzifələrdə, o cümlədən rayon partiya komitəsinin 1-ci kaibi işləmiş görkəmli sovet dövlət xadimi Talıb Musayev 2008-ci ildə nəşr edilən "Ermənilər və faciələrimiz" kitabının "1965-ci ildə "erməni soyqırımı"nın 50 illiyinə ermənilər necə hazırlaşırdılar?" başlıqlı bölməsində məhz həmin il Ermənistanda baş verənlər, azərbaycanlıların başına gətirilən faciəli olaylar barədə danışır.

Aktuallığını nəzərə alaraq həmin epizodu Moderator.az oxucularının nəzərinə çatdırırıq:

"1962-ci ildə Vedi rayonunda İcraiyyə Komitəsinin sədri işləyirdim. Təxminən sentyabrda Ermənistan KP MK-nın sabiq ikinci katibi, həmin ildə maarif naziri işləyən Suren Mikaelyan rayona gəlmişdi. Katiblə və mənimlə söhbət aparıb partiya fəallarının geniş iclasını aparmalı olduğunu dedi. Sonra mənə müraciət edib: "Musayev, sən burada ol, mən Baqratla - katiblə 15 dəqiqəyə məktəbə baş vurub gəlirik", -dedi.

Getdilər və doğrudan da, 20 dəqiqədən sonra qayıtdılar. S.Mikaelyan mənə dedi: "Musayev, Çanaxçı sovxozunun qışa hazırlıq vəziyyətini çox pisləyirlər. Mənə tapşırıblar ki, oranı yoxlayım, ora da uzaqdır. Sən Qarabağlarda işləyən zaman Çanaxçı sənin kəndlərindən biri olub. Ona görə də səndən xahiş edirəm, get Çanaxçıya, qışa hazırlıq məsələsini yoxla, sabah qayıt. Sənin o yoxlaman əsasında mən MK-ya- Zarubyana məruzə edəcəm"...

Doğrudur, ona "baş üstə" deyərək maşına oturub getdim, ancaq öz daxilimdə başa düşmüşdüm ki, bu, qondarma şeydi. Güman elədim ki, yəqin, mənimlə bağlı məsələ var, onu yoxlayacaq, bəlkə də müzakirə edəcəklər. Bu və ya bu kimi fikirlərlə Çanaxçıya çatdım. Silos quyularına baxıb, hesabdara tapşırdım ki, bu qışa nə qədər yem tələb olunur və nə qədər yem var – bu barədə bir məlumat hazırlasın. Uzağı bir saat məşğul olandan sonra oturub direktorla söhbət etdik. Bu vaxt mənim qabaqlar Qarabağlarda birgə işlədiyim iş yoldaşlarım da gəldi. Söhbət etdik və gecə də boş-bekar orada qaldım...

Səhər Vediyə qayıdanda öyrəndim ki, sən demə, 1965-ci ilin aprelində qondarma "erməni soyqırımı"nın 50 illiyinin keçirilməsi ilə bağlı hazırlıq işləri görülüb. Parlament fəallarının iclası da bağlı keçirilib...

Rayonda hesaba aldılar ki, 1915-ci il hadisələrini öz gözləri ilə görmüş neçə kişi-qadın var və onlarla söhbət apardılar...

1964-cü ilin əvvəlləri idi. İclasda Ermənistan KP MK-nın 1-ci katibi Zarubyan dedi ki, hələlik Moskvadan razılıq əldə edə bilməmişik. Və belə də bir söz işlətdi ki, "sizin çoxunuz bu barədə ancaq eşidibsiniz. Ancaq mən o vaxt uşaq olmuşam, atam-anam ölüb və qohumlarım məni gətirib Rusiyaya və orada yetimxanaya qoyublar. Rusca da təhsil almışam. Bilirsiniz ki, ermənicə də bilmirdim və elə indi də yaxşı danışmıram. Belə ki, bu məsələdən ötrü mən sizdən çox maraqlıyam. Çalışıram ki, soyqırımının 50 illiyini lazımınca keçirək. Mən Mokvada çox rəhbər işçilərlə danışdım, ancaq heç kəs razılıq vermədi. Son dəfə xarici işlər naziri Qromıkonun yanında oldum – o bir növ razılıq verdi. Elə mənə də bu lazım idi. İndi hazırlıq işləri gedir. Yubileyi keçirəcəyik. Çox ciddi hazırlaşmaq lazımdır və hazırlaşırıq..."

Beləliklə, 1965-ci ildə bədnam "yubiley" hay-küylə keçirildi... Onda artıq mən kolxoz sədri işləyirdim. Vedi rayonunda azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 20 kənd var idi. Bütün kolxozçulara tapşırıldı ki, aprelin 15-dən 30-a kimi azərbaycanlılarla ermənilər bir yerdə işləməsin... Aprelin 22-dən 27-nə kimi idarələrdə, kolxoz-sovxozlarda azərbaycanlılar işə çıxmasınlar. Bu günlərdə heç kəs şadlıq məclisləri keçirməsin, maqnitofon, radio işləməsin. İrəvandan başqa heç bir yerdən radio-televizor tutmasınlar... İrəvanda aprelin 22-26-da azərbaycanlılara bazara çıxmağı qadağan etdilər... Şəhərin, eləcə də kəndlərin küçələrinə qara bayraqlar sancıldı...

Mənim o vaxt işlədiyim Şidli kənd kolxozunda ermənilər yox kimi idilər; cəmi 4 nəfər traktorçu, iki zootexnik və mal həkimi erməni idi. Onlara da dedim ki, aprelin axırına kimi işə çıxmasınlar... Əlbəttə, onlar başqa kəndlərdən idilər...

...23-24 apreldə ermənilər türk-azərbaycanlı adam axtarırdılar ki, öldürsünlər, özlərinə təsəlli versinlər və onun qanı ilə əllərini islatsınlar ki, əlləri müsəlman qanına batmış olsun... Belə murdar niyyət sahibi olan ermənilər, doğrudan da, Qaranlaq və Axta rayonlarında bir neçə azərbaycanlını qətlə yetirdilər... Eyni faciə Vedi rayonunda da baş verdi. Rayonun Dəvəli kəndində Ararat sement zavodu var. Burada Naxçıvanın Sədərək kəndindən bir neçə adam işləyirdi, bir nəfər də gecə gözətçisi idi. Aprelin 24-də ermənilər həmin gözətçini öldürüb əllərini onun qanına sürtmüşdülər. Ertəsi gün – aprelin 25-də bu hadisəni eşidən Sədərək-Şərur rayonunun camaatı Naxçıvandan bir neçə rəhbər işçiləri də cəlb etdilər ki, Arazdəyən dəmiryol stansiyasına hücum etsinlər və Dəvəli kəndindəki sement zavodunu partlatsınlar. Bunu bilən Vedi, Qəmərli rayon rəhbərləri və İrəvandan bir neçə rəhbər işçilər gəldilər və soz verdilər ki, həmin cinayəti törədənləri tapmağa çalışacaqlar. Və onların məhkəmələrinin Sədərəklə Dəvəli arasındakı Arazdəyən qəsəbəsində keçirilməsini təşkil edəcəklər. Bu zaman şübhəli adam kimi həbs olunmuş 3 nəfər dığanın adını çəkdilər. Əlbəttə, bu yaranmış böyük qalmaqalı yatırtmaq üşün bəhanə idi və bu, müvəqqəti də olsa, baş tutdu...

Lakin mən bilirdim ki, həmin azərbaycanlını öldürənlər Avşar kəndinin erməniləridir və onları tanıyırdım da..."

(Davamı var)


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 884   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"

"İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur". Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:. "1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslarda

29 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind

3 iyul
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun