Azərbaycanda 1, 3 və 5 qəpiklər LƏĞV OLUNUR? - AÇIQLAMA
Bəzən 1,3 və 5 nomiallı qəpiklər lazımi anda köçməyə çatır, bəzən də heç əhəmiyyət belə verilmir. Bu qəpiklər gündəlik həyatımızda daha az istifadə olunur. Hətta gündəlik alış-veriş zamanı bizə qalıq kimi qaytarılanda bəzən olur onları heç götürmürük. Marktlərdə elə olur ki, bu qəpikləri qəbul belə etmir yaxud əksinə. Vətəndaşlar arasında təbii ki, bu qəpikləri lazımsız sayanlarda az deyil. Bu qəpiklərə belə laqeyd münasibət yarandığı təqdirdə 5 qəpikdən aşağı olan nominallar ləğv edilə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, həmin qəpiklər qanuni ödəniş vasitəsidir və hər kəs onları qəbul etməlidir:
"Kimsə etmirsə, qanunu pozur. Xüsusilə ictimai-iaşə və ticarət subyektləri bu addımı atırsa, onlar istehlakçıların hüquqlarını pozurlar. Onlar barəsində İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər. Mütləq şəkildə bu nominalda olan qəpikləri qəbul etməlidirlər. Digər tərəfdən, bu qəpiklər çox az istifadə olunur. Amma demək olmaz ki, tamamilə bu qəpiklərin istifadəsi sıradan çıxıb. Bəzi mağazalar və marketlərdə problemlər yaşana bilər. Amma düşünmürəm ki, bu qəpiklər ləğv olunsun. Həm də bizim milli valyutamız sabitdir. Biz deyə bilmərik ki, ölkədə inflyasiya baş alıb gedir, manat qiymətdən düşür. Çünki belə bir hal yoxdur. Bizim milli valyutamız olan manat dünyada kifayət qədər yüksək məzənnəyə malik olan bir valyutadır. Azərbaycanda 1 dollar 1 manat 70 qəpikdir. Dünyada belə məzənnəyə malik olan valyutalar azdır. Ona görə də qəpiklərin dövriyyədə qalmasına ehtiyac var".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 951 Tarix: 26 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR
Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə
23 iyunRusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər
29 iyunKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunGəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...
Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili
18 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyun