Qazaxıstanlı nazir arvadını öldürdüyü gün restoranı rusiyalı siyasətçilər tərəfindən bron edilibmiş - VİDEO
Qazaxıstanda həyat yoldaşı Saltanat Nukenovanı vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bu barədə mərhumun qardaşı Aytbek Amangeldi xəbər verib.
Onun sözlərinə görə, hazırda tərəflər arasında gələn həftənin ilk beş günündə debata hazırlıqlar gedir.
Dövlət ittihamına görə, Qazaxıstanın keçmiş naziri Nukenovanı 2023-cü il noyabrın 9-da ailəsinə məxsus "Astana Bau" restoranında döyərək öldürüb. Elə həmin gün Bişimbayev həbs edilib. İş üzrə məhkəmə martın sonunda başlayıb.
Məhkəmə istintaqı başa çatmazdan əvvəl hakim Ayjan Kulbayeva müttəhim Kuandıq Bişimbayevin ittihamlarla bağlı mövqeyinin dəyişib-dəyişmədiyini soruşub.
"Mən işgəncə məsələsi ilə bağlı özümü təqsirli bilmirəm. Xüsusi amansızlıqla qəsdən adam öldürmədə ittiham olunduğum ikinci epizodda mən Nukenovanın ölümünə səbəb olan döyülmələri törətdiyimi etiraf edirəm, lakin bunu qəsdən etdiyim barədə ittihamları qəbul etmirəm", - deyə Bişimbayev məhkəmədə deyib.
Hakim ondan ehtiyatsızlıqdan Saltanat Nukenovanın ölümü ilə nəticələnən sağlamlığa xəsarət yetirməkdə özünü təqsirli bilib-bilmədiyini soruşub. Bişimbayev təsdiq cavabı verib.
Prosesdə o da məlum olub ki, noyabrın 9-da "Bau" restoranında VIP otaqlardan biri Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri günü Qazaxıstana gələn Rusiya nümayəndə heyəti üçün sifariş edilib. Zərərçəkmiş tərəfin nümayəndələri bu səbəbdən təqsirləndirilən şəxsin Saltanatın meyitini restorandan çıxara bilmədiyini iddia edib və bronun niyə ləğv edildiyini soruşublar.
Bişimbayevin qardaşı Bakıtjan Bayjanov cavab verib ki, restoran bağlanıb və buna görə də bron ləğv edilib. Hakim əlavə sualları rədd edib.
Təqsirləndirilən Bişimbayevi ömürlük həbs cəzası gözləyir. Keçmiş nazirin təqsirli və ya təqsirsizliyinə andlılar məhkəməsi qərar verəcək./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1067 Tarix: 26 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir
ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə yerləşən hava bölmələrinin rotasiyasını davam etdirir, regiondakı Amerika döyüş təyyarələrinin ümumi sayı isə dəyişməz qalır. "Report"un xəbərinə görə, bunu "Itamilradar" portalının və "Military Air Tracking Alliance"ın (MATA) məlumatlar
27 sentyabrBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrABŞ kəşfiyyatı: Səudiyyə Ərəbistanı nüvə silahı əldə edə bilər
ABŞ kəşfiyyat dairələri Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını nəzərdən keçirdiyini düşünürlər. xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Konqresə təqdim edilmiş məxfi sənədlərdə ABŞ kəşfiyya
27 sentyabrRestoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi
ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla
27 sentyabrXorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib. Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xila
27 sentyabrİtaliyanın ikinci ən böyük hava limanına Berluskoninin adı verildi
İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensaya İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin adı verilib. xəbər verir ki, bu barədə "Rainews24" məlumat yayıb. Bundan sonra hava limanının tam adı "Milan-Malpensa Silvio Berluskoni Hava Limanı" olacaq. Lakin qərar Mila
27 sentyabrSerbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib
27 sentyabr