285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı285 saylı məktəbin müəllimi Təranə Yusifova yeni direktor təyin edilən Nuranə Yəhyayeva tərəfindən işdən qanunsuz olaraq uzaqlaşdırıldığını iddia edir.

O, bu barədə Bakupost.az -a açıqlamasında bildirib.

35 il pedaqoji stajı olduğunu qeyd edən T.Yusifovanın sözlərinə görə, 1994-cü ildən isə Suraxanı rayon B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə müəllim işləyib:

"Özüm Ağdam rayonundan məcburi köçkünəm, tənha yaşayıram, heç yerdən köməyim yoxdur. Pensiyaya çıxmağıma bir ilim qalmışdı. Məktəbimizə yeni direktor təyin edilən Nuranə Yəhyayeva məni və müəllim yoldaşım, onkoloji xəstə olan Təranə Rzayevanı ötən il oktyabrın 2-də işdən azad etdi. Nuranə xanım direktor təyin olunandan təhsillə məşğul olmaq əvəzinə, hamını bir-birinə vurdu, idarəyə həqiqətə uyğun olmayan məlumatlar verdi. Mən və T.Rzayeva qrup müəlliməsiyik. Bizim məktəbdə üç nəfər qrup müəlliməsi var. Hamıdan da əvvəl qrupda mən işləmişəm".

İşdən azad edilməsinin səbəblərinə aydınlıq gətirən T.Yusifova direktorun "qruplara uşaq yığılmadığını" əsas gətirdiyini deyib:
"Halbuki valideynlərin hamısıyla özü danışıb. Deyib ki, uşaqlarınızı qrupa qoymayın, birinci sinifdədirlər, yorulurlar. Yəni qərəzli şəkildə valideynlərin qarşısını aldı, onların uşaqlarını qrupa qoymasına mane oldu".

T.Yusifova məsələ ilə bağlı hazırda məktəb rəhbərliyi ilə aralarında məhkəmə çəkişməsinin davam etdiyini bildirib:
"Direktorun qanunsuz addımı ilə bağlı mən və Təranə xanım məhkəməyə müraciət etdik. Məhkəmədə bizə başqa məktəblərdə işləməyi təklif etdilər. İş yoldaşım bu təkliflə razılaşdı, indi işləyir. Amma mən razılaşmadım. Çünki tələbimdə haqlıyam. Sonuncu məhkəmə iclasımıza Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ərəstun müəllim adlı bir hüquqşunas gəldi. Hakim ona tapşırdı ki, Təranə xanımın məsələsini həll edin. O da hakimə problemi həll edəcəyinə söz verdi. Bir gün sonra Ərəstun müəllim zəng vurub dedi ki, sizi 279 nömrəli məktəbə göndərə bilərik. Dedim ki, başqa məktəb istəmirəm.
İşə Nəsimi rayon Məhkəməsində baxılırdı. Qarşı tərəf apellyasiya şikayəti verib ki, məhkəmə Suraxanı rayonunda olmalıdır, çünki məktəb Suraxanıdadır. Apellyasiya məhkəməsi isə onların iddiasını rədd edib".

T.Yusifova məsələylə bağlı nazirlikdə də qəbulda olduğunu deyib:

"Mən bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqin Bağırovun da qəbulunda olmuşam. Məsələdən o da xəbərdardır. Azərbaycan qanunlarına, Prezident İlham Əliyevə güvənirəm. İnanıram ki, Elm və Təhsil Nazirliyi bu qanunsuzluğu aradan qaldıracaq, haqq-ədalət öz yerini tutacaq".

Məsələ ilə bağlı 285 saylı məktəblə əlaqə saxladıq. Məktəbdən Bakupost.az -a bildirdilər ki, Yusifova Təranə Allahyar qızı 12.07.2017-ci il tarixindən 285 nömrəli tam orta məktəbdə günüuzadılmış qrup rəhbəri kimi çalışıb:
"Günüuzadılmış qrupların 20 şagirddən ibarət komplektləşdirildiyini nəzərə alaraq 2023-2024-cü tədris ilində məktəbdə fəaliyyət göstərən 3 qrupdan yalnız birinə lazımi sayda şagird toplanıb. Bu baxımdan Yusifova Təranə ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilib. Yusifova Təranə digər məktəblərdə günüuzadılmış qrup rəhbəri kimi fəaliyyətini davam etdirməsi təklifini də qəbul etməyib.
Hazırda məsələ ilə bağlı iş məhkəmə qaydasında araşdırılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1345   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Vahid məktəbli formasının tətbiqinə yalnız geyim məsələsi kimi yanaşmaq düzgün deyil - AÇIQLAMA

Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin daha az nəzərə çarpmasına və məktəb mühitində ümumi qaydaların formalaşmasına təsir göstərə bilər. Eyni geyimdən istifadə şagirdlərin ailələrinin maddi imkanlarından asılı olaraq geyim üzərindən yaranan fərqlərin azalmasına, məktəb

28 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Deputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR

Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər

28 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

İlham Əliyevdən Azərbaycanın iqtisadi gələcəyi ilə bağlı mühüm mesajlar: İnvestisiya, enerji, logistika və rəqəmsal inkişaf yeni mərhələdə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkənin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini açıqlayıb: 350 milyard dollardan çox investisiya, 2030-cu ilədək 25 milyon ton tranzit yükü, bərpaolunan enerji, süni intellekt və qeyri-neft ixracının genişləndirilməsi əsa

28 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr