"Qaraca qız": "Ən çox qonorarı mən aldım" - FOTO
"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan öncə bizim üçümüzü də 23 saylı orta məktəbə qonaq çağırmışdılar. O xanım da gəlmişdi. Rəhmətlik Şamil Mahmudbəyov gözəl kino çəkmişdi, sonra 1 saat 20 dəqiqəlik filmi 45 dəqiqə etdilər. Həmin xanımın çəkildiyi yerlərin əksəriyyəti təəssüf ki, kəsildi. Orada "Tutu"nun uşaqlığı, necə rəqs etməyi öyrənməsi və s. çəkilmişdi. Bunu da həmin qadın oynayırdı. O bizdən çox kiçik idi. Bəlkə də dörd yaşı heç olmazdı. Ən çox pulu mən aldım. "Tutu" roluna iki nəfər çəkilmişdi deyə qonorar da onların arasında bölüşdürüldü".
Bunu Moderator.az-a açıqlamasında "Qaraca qız" filminin "Xədicə"si Leyli Axundova deyib.
"Hazırda həmin xanımla heç bir əlaqəm yoxdur. Təəssüf ki, onu itirmişəm, münasibətim qalmayıb. Bəzən məndən soruşurlar ki, Leyli xanım, sizin fəxri adınız var? Deyirəm ki, heç nəyim yoxdur. Hər kəs bu filmin adını eşidən kimi tərifləyir. İndi belə kino çəkən var ki?! Mən həmişə fəxr edirdim ki, o filmdə çəkilmişəm", - deyə o bildirib.
Leyli xanım deyir ki, filmdə digər uşaqların çəkildiyini öncədən bilməyib.
"Mən heç bilmirdim ki, filmdə başqa hansı rollar var. Bir onu bilirdim ki, məni parkda gördülər, atam icazə vermədi çəkilməyə və biz çıxıb getdik Rusiyaya istirahətə. Sonra onlar bildilər ki, atam rəssamdır. Ona görə də Rəssamlar İttifaqından atamı tapıb, teleqram göndərdilər. Çəkilişlər başlamışdı, dayım dedi ki, rejissor Leylini gözləyir. Atam o qədər deyindi ki. Mənə demişdilər ki, rejissor üçün şeir deyərsən. Şamil Mahmudbəyov şeir deməyə qoymadı, dedi ki, görmürsünüz ki, bu Xədicədir?" - deyə o bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1520 Tarix: 27 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrDeputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
28 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabr