Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: "Son arzusunu yerinə yetirmədilər" - VİDEO
Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?
Sonxeber.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqil Cəfərov çıxış edib. Amil Xəilin müəllifi olduğu "Gəl danış" verilişinin eksperti Cavanşir Məmmədovun vəsiyyətinin yerinə yetirilməməsinə etiraz edib:
"Mən Cavanşir Məmmədovla efirdən kənarda da kostyumla dəfn məsələsi barədə danışmışdım. Onun atası da incəsənət nümayəndəsi idi, o da kostyumla dəfn olunmuşdu. Cavanşir müəllim də efirdə qonaq olanda dönə-dönə bunu vurğulayıb vəsiyyət etdi ki, mən də bu cür dəfn olunmaq istəyirəm. Mənə çatmır ki, ailəsi niyə onun vəsiyyətini yerinə yetirmədilər? Bu onun vəsiyyəti idi. O, bu fikrində ciddi və qəti idi. Bunu yerinə yetirməyə nə mane oldu? Bu elə də böyük və ya əlçatmaz arzu deyildi. O cür kişinin vəsiyyətini yerinə yetirməli idilər ki, ruhu şad olsun".
Verilişdə qonaq olan Hacı Rahim isə məsələyə müdaxilə edərək vəsiyyətin yerinə yetirilməməsinin səbəbini açıqlayıb:
"Cavanşir Məmmədovun istəyi, vəsiyyəti ola bilər, amma elə vəsiyyətlər var ki, əgər şəriət bunu qəbul etmirsə, o vəsiyyət sayılmır. Ola bilər ki, onun istəyir bu olub, lakin ailə üzvləri, yaxınları biliblər ki, bu, şəriətə uyğun deyil".
Həmin kadrları təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1353 Tarix: 27 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabrBakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində
27 sentyabrDeputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
28 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrBakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
27 sentyabr