Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...

Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...Bu günlərdə Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qaçırılıb. Məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Bildirilir ki, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxs tərəfindən qaçırılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub. Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə Şəmkir rayonuna getməsi məlum olub. Goranboy və Şəmkir Rayon Polis şöbələrinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, az öncə Sabirabadda azyaşlı övladını zorla ərə vermək istəyən ata həbs edilmişdi.

Bəs belə sərt tədbirlər niyə nəticə vermir? Həbs də təsirli deyilsə, nə etməli? Ölkədə azyaşlı qızları gəlin etmək kimi iyrənc ənənə niyə bitmir? Günahkar kimdir – valideyn, cəmiyyət, yoxsa dövlət?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı "Yeni Müsavat"a danışıb:

"Əslində həbs olunduğu deyən şəxslər heç də uzun müddətli cəza almırlar. Adətən qarşı tərəf şikayətindən imtina edir, razılığa gəlirlər, hansı ki, burda qohumluq, dostluq, yerlilik prinsipləri əsas götürülür. Eləcə də bəzi səbəblər olur ki, şikayət geri götürülür. Bəzən isə həbs cəzasını pul cəzası ilə əvəzləşdirirlər. Yəni, əslində ciddi formada cəzalar tətbiq edilmir deyə bu cür hallar aradan qalxmır. Bu baxımdan hesab edirəm ki, bu məsələ ilə bağlı cəzalar sərtləşdirilməlidir.

Cərimə ilə yaxa qurtaracağını düşünən şəxs əməlindən əl çəkərmi? Əlbəttə ki, xeyr. Düşünür ki, etdiyi əməlin qarşılığında ən pis halda 1000-2000 manat cərimə ödəyəcək və bununla da yaxasını qurtaracaq.

Bu həm də digərləri üçün də pis nümunədir. İnsanlar görür ki, ciddi cəzalar yoxdur eyni addımı atırlar və atacaqlar da.

Azyaşlının qaçırılması adam oğurluğudur və bununla bağlı qanunlarımız nə deyirsə, sözsüz, qeyri-şərtsiz yerinə yetirilməldir. Əgər qanun deyirsə ki, şəxs əməlinə görə 4 il həbs cəzası çəkməlidir, deməli bu yerinə yetirilməlidir, sonradan heç bir güzəştə, pul ilə əvəzləşməyə gedilməməlidir. İnsan oğurluğu cinayətdir və bu cinayətin cəzası var bu cəza da istisnasız olaraq, heç bir ayrı-seçkilik olmadan yerinə yetirilməlidir.
Daha bir məsələ, biz bu günə qədər qızını erkən yaşda ərə verən hansısa ata və ya ananın, eləcə də oğlanın həbs olunduğunu eşitmişikmi? Şəxsən mən elə bir halla rastlaşmamışam. Sadəcə müəyyən cərimələr olur, vəssalam, hüquq mühafizə orqanlarının bununla da işi bitmiş olur".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd etdi ki, bu məsələdə maariflənməyə böyük ehtiyac var:

"Maarifçiliyin kökündə ailələr ilə görüşlər, insanların şüuruna təsir edə biləcək alətlər, vasitələr olmalıdır. Bu olmadığı təqdirdə hər zaman ciddi problemlərlə qarşılaşacağıq.

Nə qədər də ənənə qanundan üstün tutulacaq, vəziyyət belə də davam edəcək. Məsələn, əgər bir uşağın şüurunu çox kiçik yaşlardan formalaşdırırlar ki, gələcəkdə ərə getməsi üçün indidən ona cehiz yığırlar, həmin uşaq oyuncağının cehizlə əvəzlənməsini, nə zamansa ona əlinin çatmasını gözləyir.

Bu gün qanunların tətbiqetmə mexanizminin necə həyata keçiriləcəyi məlum deyil. Məsələn, sığınacağımıza yerləşdirilən azyaşlı qızın dediklərindən məlum olmuşdu ki, erkən yaşda nişanlanıb və bu nişanlılıq dövründə oğlan ona qarşı seksual hərəkətlər edib. Qanunvericilik də buna imkan verir ki, qızın ərizəsi nəticəsində biz bunu sübut etmək üçün hüquq mühafizə orqanlarına müraciət edək. Qızla birlikdə gedib, bu müraciəti etdik. Nə baş verdi? Fakt tapılmadığından müraciət rədd edildi, tədqiqat yarımçıq buraxıldı. Çünki oğlan gedib demişdi ki, bütün bunlar qızın fantaziyasıdır. Demək ki, bu problemin həlli üçün digər üsullar tapıb, həyata keçirməliyik".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 881   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Süni intellekt modelləri mürəkkəb maliyyə hesablamalarında səhvlərə yol verirlər - Araşdırma

"Saturn" texnologiya şirkəti ən geniş yayılmış süni intellekt modellərinin ("ChatGPT", "Claude", "Copilot", "Grok", "Gemini" və digərləri) maliyyə tapşırıqlarının öhdəsindən necə gəldiyini təhlil edib. xəbər verir ki, tədqiqatın nəticələrin

21 sentyabr
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi

MLS-in müntəzəm mövsüm oyununda "İnter Mayami" evdə "San-Dieqo" ilə 2-2 hesablı heç-heçə edib. -ın xəbərinə görə, ev sahiblərindən Lionel Messi və Luis Suares fərqləniblər. Qonaqlardan isə Anders Dreyer iki qol vurub. "İnter Mayami"nin kapitanı Lionel Messi birbaşa cərim

21 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb

21 sentyabr