Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanlar təcili tibbi yardım maşınının orada olduğu halda meyitin yük maşınına qoyulmasına etiraz ediblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, şəxsin həkiməqədər ölümü qeydə alınıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları olublar, meyit ərazidən uzaqlaşdırılması üçün təhvil verilib. Meyit daşınması təcili tibbi yardım avtomobillərinin fəaliyyət profilinə aid deyil.
Bəs görəsən, meyiti hansı avtomobil daşımalıdır? Bu, hüquqi cəhətdən necə tənzimlənir?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, təcili yardım briqadası hadisə yerinə gəlibsə, meyiti onlar aparmalı idilər:
"Şübhəsiz ki, təcili tibbi yardım maşını hadisə yerinə gəlibsə, aparmalı idi. İlk növbədə ölüm hadisəsi qeydə alınıb. Ölüm ilə bağlı dəvət olunublarsa, aparmağa borclu idilər. Polis yoxdursa, polisə zəng etməlidir. Polis hadisəni müəyyən edir. Sonra təcili tibbi yardım maşınında ölən şəxs morqa aparılmalıydı. Meyit yarılmalıydı. İstənilən ölüm hadisəsi araşdırılmalıdır".
Ə.Nuriyev əlavə edib ki, təcili tibbi yardım briqadası əlçatan olmayıbsa, meyit başqa maşınla daşına bilər:
"Həm hüquqi, həm də mənəvi vəzifələridir. Bu məsələdə başqa hal ola bilməz. İndiyə qədər də belə olub. Polis aparmamalıdır. Təcili yardım aparmalıdır. Təcili yardım maşını yoxdursa, qohum apara bilər.Təcili yardım yoxdursa, məhkəmə tibbi ekspertizasından mütəxəssislər göndərilir. Daha sonra səhiyyə xidmətinə aid olan maşınlar ilə morqa aparılır".
"Hüquqi cəhətdən də belədir. Öhdəliyi var. Hər şey qanunda yazılmalı deyil ki, sən dəvət olunmusansa, aparmalısan", - deyə Ə.Nuriyev fikrini tamamlayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1073 Tarix: 28 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabr30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabr