Girişində "7/24" yazılan bəzi apteklər gecələr niyə işləmir?
Böyük şəhərlərdə 24 saat işləyən növbətçi apteklər olur. Bakıda fəaliyyət göstərən bəzi apteklərin girişində 7 gün 24 saat işlədiyi yazılsa da axşam müəyyən saatdan sonra onların fəaliyyəti gözə dəymir. Gecə saatlarında dərmana ehtiyacı olanlar isə paytaxt küçələrində açıq aptek axtarışına çıxırlar.
Bölgələrdə də durum eynidir.
"Dərman vasitələri haqqında" Qanuna görə, aptek təşkilatlarına dair tələblər müvafiq icra orqanları tərəfindən müəyyən edilir.
Bəs apteklərin iş rejimi necə tənzimlənməlidir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan farmakoloq Aydın Əliyev deyib ki, aptek rəhbərlərinin sərbəst qanunları var:
"Apteklərin çoxu özəldir, yəni sahibkarındı. Ona görə də onların öz qanunları var. Amma insan hüquqları məsələsi önəmlidir. Əgər aptekin 24 saat işlədiyi yazılıbsa, işləməlidir. Həmin vətəndaşın ixtiyarı var ki, bu məsələni qaldırsın. İnsanlar etiraz edərək hətta həmin obyektin bağlanmasına da nail ola bilərlər. Hansı apteklər insanları o cür aldadırsa, siyahını müvafiq qurumlara vermək lazımdır".
O, dövlətə aid olan apteklərdə rejimin bir qaydada olduğunu bildirib:
"Dövlətə aid olan apteklərdə rejim necədirsə, o cür də işləyirlər. Əczaxanalar gecə işləyəndə növbəli iş rejimi olmalıdır. Gecə işləyən işçiyə də əməkhaqqı verilməlidir. Bu gün biznes maraqları insan maraqlarından üstün tutulur".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 671 Tarix: 29 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyun100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir
Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad
8 iyulKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunRusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər
29 iyunUkraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO
Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn
16 iyun