Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video
İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub.
Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkənd Azərbaycan ərazisindən yol almalıdır, Azərbaycan eksklavlara isə Ermənistan ərazisindən... Bu yenə də təkrar deyirəm qarşılıqlı, hansısa bir mübadilə, ya da güzəşt tələb edən məsələdir. Yol verildiyi halda həmin o yolun qazı, suyu, işığı çəkilməli, mühafizəsi təmin edilməlidir. Bu da asan məsələ deyil. Mübadilə mənə daha əlverişli görünür".
Sonxeber.az-ın Musavat.com-a istinadən xəbərinə görə, ermənilər Rasim Musabəyovun Başkəndi Ermənistana vermək təklifini dərhal manşetlərə daşıyıb, alqışlayıblar. Bu barədə məlumat paylaşan erməni mediası və teleqram kanalları bildiriblər ki, Musabəyov Ermənistana Başkənd anklavının verilməsi ilə bağlı "konstruktiv və ədalətli" təkliflə çıxış edib.
Ermənilər onu da qeyd ediblər ki, Başkənd Gədəbəy rayonu ərazisində yerləşir, lakin əvvəllər Azərbaycan SSR ərazisində Ermənistan SSR-in anklavı sayılırdı.
Məlumat üçün bildirək ki, tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 975 Tarix: 29 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrDeputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
28 sentyabrSabah Bakıda leysan olacaq - Xəbərdarlıq
Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə
28 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabr