Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq
Bu gün Bakının Binəqədi, həmçinin Masallı, Kürdəmir və Yardımlı rayonlarında qaz təchizatında fasilə yaranacaq.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, "Alatava" qazpaylayıcı stansiyasında (QPS) Tbilisi prospekti qaz xəttində, "Kürdəmir" və "Sığırlı" ölçü qovşaqlarından qidalanan orta təzyiqli yeraltı qaz xətlərində, "Ordahal-Yardımlı" yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və kəmərin 12,4-cü km-də yol keçidində futlyarın yenilənməsi, eləcə də "Masallı Sənaye" qaz ölçü qovşağı üzərində quraşdırılmış kollektorun girişində tənzimləyici qurğunun quraşdırılması ilə bağlı aprelin 30-da saat 09:00-dan "Kürdəmir" və "Sığırlı", saat 10:00-dan isə "Masallı Sənaye", "Əngəvül" ölçü qovşaqlarından və Tbilisi prospekti qaz xəttində qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Binəqədi (M.Ə.Rəsulzadə qəsəbəsinin Koroğlu, Üzeyir Hacıbəyov, Faiq Rüstəmov küçələri) və Masallı rayonlarının bir hissəsinin, Kürdəmir və Yardımlı rayonlarının isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 869 Tarix: 30 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrDeputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
28 sentyabrSabah Bakıda leysan olacaq - Xəbərdarlıq
Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə
28 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabr