Üzərinə benzin tökülərək yandırılan qadın öldü
Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika Yanıq Mərkəzində vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, bir neçə gün əvvəl ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilən 1990-cı il təvəllüdlü Türkanə Məmmədova dünən dünyasını dəyişib.
Qeyd edək ki, hadisə aprelin 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən kafelərin birinin yaxınlığında qeydə alınıb. Rayon sakini 2002-ci il təvəllüdlü Röyal Tağıyevin kafedə çalışan tanışı, Şəmkir rayon sakini T. Məmmədovanın üzərinə benzin tökərək yandırdığı bildirilib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, R. Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz Rayon Şöbəsinin keçmiş müdiri Rasim Tağıyevin oğludur. Rasim Tağıyev hadisə vaxtı qadının özünün özünü yandırdığını iddia edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 977 Tarix: 30 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrDeputatdan ŞAD XƏBƏR: Bu şəxslərin MAAŞI ARTIRILIR
Hərbi qulluqçuların əməkhaqlarının artırılması onların sosial təminatı və ailə büdcəsinin formalaşması baxımından mühüm məsələdir. Maaşlarda nəzərdə tutulan 22,8 faizlik artım hərbçilərin nominal gəlirlərinin yüksəlməsinə səbəb olmaqla yanaşı, inflyasiya və gündəlik xərclərin artımı fonunda real gəlirlər
28 sentyabrSabah Bakıda leysan olacaq - Xəbərdarlıq
Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə
28 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabr