Əsəbdən ortaya çıxan kəşf: hər kəsin sevimlisinin MARAQLI TARİXİ
Bu gün böyükdən-kiçiyə əksəriyyət insanın çox sevdiyi çipslərin maraqlı tarixi var.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu xırtıldayan ləzzət üçün Afrika və Yerli Amerika mənşəli şef Corc Kruma təşəkkür etməliyik.
1853-cü ilin yayında Corc Krum Nyu-Yorkun Saratoqa Sprinqs şəhərindəki dəbdəbəli kurortda işləyirdi. Orada digər məhsullarla yanaşı, qalın dilimlənmiş və xırtıldayana qədər qızardılmış kartofda servis edilirdi.
Günlərin birində restorana gələn müştərilərdən biri kartofların çox qalın doğrandığını deyərək geri göndərir və daha incə dilimlənməsini istəyir. Corc isə bu tələb qarşısında əsəbiləşir və kartofu həddindən artıq nazik dilimləyərək qızardır. Maraqlıdır ki, müştəri kartofun bu qədər incə olmasını istəməsə də, önünə gətirilən yeməyi çox bəyənir.
Bu təsadüfi "kəşf" zamanla "Saratoqa çipsləri" olaraq adlandırılır və həmin restoranın "imza yeməyi"nə çevrilir.
Yəni çips Corcun yaradıcılığı və seçici bir müştərinin zövqü sayəsində formalaşıb.
Şef Corc Krum kəşfinin potensialının fərqinə varır və 1860-cı ildə öz restoranını açır, zəngin və seçilən qonaqları qəbul edərək məşhur kartof çipslərini təqdimatını keçirir.
Ancaq çipsin hekayəsi Corc Krumla bitmir. Tədricən daha da populyarlaşaraq 1920-ci illərdə mexanik kartof soyma maşınının ixtirası ilə kütləvi istehsalatı başlayır.
İllər ərzində ilk uğurlu marka olan "Lays" də daxil olmaqla fərqli markalar yaradılıb.
ABŞ-də kartof çipsləri artıq sənaye halına gəlib və ildə 6 milyard dollardan gəlir gətirir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 922 Tarix: 02 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çində insanın içinə yerləşə biləcəyi nəhəng kompüter hazırlanıb
Çində texnobloqer Soda Baka insanın yerləşə biləcəyi nəhəng kompüter yaradıb. xəbər verir ki, bu barədə "Tom's Hardware" portalı məlumat yayıb. Bildirilir ki, qurğu vizual olaraq klassik oyun sistem blokunu xatırladır, lakin ölçüləri o qədər böyüdülüb ki, içərisində tam funksional iş sahəs
4 mayPSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı
PSJ-nin "Bavariya"nı məğlub edib Çempionlar Liqasının finalına çıxmasına mərc edən şəxs 1,3 milyon dollar qazanıb. PSJ-nin Çempionlar Liqasının yarımfinalında "Bavariya" üzərində qələbə qazanması və finala vəsiqə qazanması mərc edənə böyük qazanc gətirib. PSJ-nin finala çıxmasın
8 mayYenidən dəbdə olan saç düzümləri - 90-cı illərin estetikası
90-cı illərin nostaljisi rəsmi olaraq gözəllik sənayesində əsas trendə çevrilib. Retro saç düzümlərinə tələbat təxminən ikiqat artıb və çoxqatlı kaskadlar yenidən bərbərxanaların istək siyahılarında birinci yerdədir. Bunlarla yanaşı, o dövrün iki qütbü də aktualdır: cazibədar həcmli podium divaları v
8 mayBu ölkədə ət reklamları yığışdırıldı
Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub. xarici mediaya istinadən xəbər verir ki, mayın 1-dən etibarən burger və aviabilet reklamları lövhələrdən, eləcə də avtobu
5 mayMilyarder Lamborgininin "gizli qızı" mirasa bir addım daha yaxınlaşıb
37 yaşlı kosmetoloq Flaviya Borzone italiyalı milyarder Tonino Lamborgininin "gizli qızı" olduğunu iddia edərək miras uğrunda mübarizədə mühüm irəliləyiş əldə edib. xarici mediaya istinadən xəbər verir ki, Borzone ilk dəfə 2019-cu ildə bəyan edib ki, o, 1988-ci ildə anası Rozalba Kolossim
5 may