Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, mayın 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin mayın 5-i səhərədək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2014 Tarix: 02 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabr44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU
27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal
28 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrBu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA
28 sentyabr