Britaniya Ukraynaya hər il 3 milyard funt-sterlinq hərbi dəstək ayıracaq - XİN rəhbəri
Böyük Britaniyanın xarici işlər naziri David Kemeron Britaniyanın Ukraynaya illik üç milyard funt-sterlinq hərbi yardım göstərəcəyini və bunun "lazım olduğu müddətcə" davam edəcəyini vəd edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Kiyevə elan olunmamış səfəri zamanı "Reuters" agentliyinə müsahibəsində bildirib.
Kemeronun açıqlaması 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalından sonra Britaniyadan verilən ən böyük dəstək vədidir.
"Biz lazım olduğu müddətcə, ildə üç milyard funt sterlinq verəcəyik. Avadanlıq təmin etmək üçün əlimizdən gələni etdik, - o deyib. - Bunun (avadanlığın) bir hissəsi mən burada olduğum müddətdə bu gün Ukraynaya gəlir", - Kemeron əlavə edib.
Britaniyalı diplomat həmçinin ABŞ Konqresinin Ukraynaya çoxdan gözlənilən 61 milyard dollarlıq yardım paketinin qəbul edilməsini alqışlayıb.
"Bu, təkcə gətirəcəyi silahlar baxımından deyil, həm də Ukraynadakı insanlara gətirəcəyi ruh yüksəkliyi baxımından son dərəcə vacibdir", - deyə nazir bildirib.
Kemeron Respublikaçıların lideri Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ehtimalına münasibəti ilə bağlı suala birbaşa cavab verməyib.
"Amerikalıların özlərinə kimi prezident seçəcəyinə qərar vermək bizim ixtiyarımızda deyil - kim olursa olsun, onunla işləyəcəyik", - Kemeron deyib.
Yanvarda Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevə səfəri zamanı Ukraynaya 2024-cü il üçün 2,5 milyard funt sterlinq dəyərində böyük hərbi yardım paketi elan etmişdi.
Səfər zamanı Sunak və prezident Vladimir Zelenski Ukraynanın müttəfiqləri ilə bağladığı bir sıra sənədlərdən birincisi olan ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar.
Kemeron müsahibədə həmçinin bildirib ki, Ukrayna Rusiyadakı hədəfləri vurmaq üçün Londonun verdiyi silahlardan istifadə etmək hüququna malikdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI