Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilib? - AÇIQLAMA
Laçında püşkatmada vətəndaşa düşən ev başqasına verilməsi ilə bağlı iddialar sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusunu cavablandıran Komitə rəsmisi İbrahim Mirzəyev bildirib ki, birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və iki püşkün nəticəsi ləğv edilib.
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planının icrası çərçivəsində Laçın rayonunun Sus və Bəylik kəndləri birləşdirilib, onlar üçün, ümumilikdə, 150 evlik yeni yaşayış məntəqəsinin inşasına başlanılıb. Birinci mərhələdə 59 fərdi ev tikilib və istifadəyə hazırdır, daha 91 evin tikintisi isə davam etdirilir.
Birinci mərhələ üzrə püşkatmadan sonra sakinlərin müraciətləri əsas götürülərək, nəticələrə yenidən baxılıb və 2 püşkün nəticəsi ləğv edilib.
Həmin püşklər Sus və Bəylik kəndlərində deyil, qonşuluqdakı Qızılca kəndində daimi qeydiyyatda olan ailələrə aiddir. Araşdırma zamanı məlum olub ki, yeni yaşayış məntəqəsinin salındığı ərazidə işğaldan əvvəl həmin ailələrin də evləri olduğu üçün adları Sus və Bəylik kəndlərinin sakinləri ilə eyni püşkatma siyahısına daxil edilib. Bu hal kənd sakinlərində narazılıq yaradıb.
Ləğv edilmiş püşklərin sahibləri Dövlət Komitəsinə dəvət olunublar, onlara ətraflı izahat verilib və bildirilib ki, ikinci mərhələdə evlə təmin olunacaqları nəzərdə tutulur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 825 Tarix: 03 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabr44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU
27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal
28 sentyabrBu şəxslərin maaşı və pensiyası ARTILIR
Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas
27 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrBu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA
28 sentyabr