Zəngəzur dəhlizinin inşası artıq BAŞLAYIB? - İlin sonuna kimi AÇILIR? - ŞƏRH

Zəngəzur dəhlizinin inşası artıq BAŞLAYIB? - İlin sonuna kimi AÇILIR? - ŞƏRHErməni politoloq Artur Xaçikyan Zəngəzur dəhlizi ilə bağlı bir sıra fikirlər səsləndirilib. O deyib ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra, Vardenisdən (Basarkeçər) 10, Sünikdən (Zəngəzur) isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi barədə məlumatlar yayılır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi adlandırılan yolun inşası artıq başlayıb. İddialara görə, Azərbaycanı Naxçıvanla birləşdirəcək bu yolun Ermənistan hissəsində iş aparılır. BElə olan halda ilin sonuna kimi Zəngəzur dəhlizi açılacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, Ermənistan Zəngəzur dəhlizini açmağa məcburdur. Bu məsələ ilk olaraq Ermənistanın özü üçün vacibdir:

"Zəngəzur dəhlizinin açılması ilə Ermənistan Türkiyə və Azərbaycan ilə əlaqələr qura bilər. Zəngəzur dəhlizi vasitəsilə Rusiya və dünyanın bir çox ölkələrinə çıxış əldə edilə bilər. Türkiyə və Ermənistanın sərhədi açılarsa, Avropa ilə əlaqələr genişlənəcək. Ermənistanın iki ən böyük qonşusu var: Azərbaycan və Türkiyə. Əgər Ermənistan iki ölkə ilə münasibət qurmasa mövcudluğu hər zaman sual altında olacaq. Əlaqələr qurulsa və konstitusiyasını dəyişib, Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkərsə, o cümlədən Azərbaycana qarşı soyqırımı törədən cinayətkarları Azərbaycana təhvil verərsə bölgədə normal münasibətlərin qurulmasına şərait yarana bilər.

Ekspertin sözlərinə görə, o cümlədən qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalı və Zəngəzur dəhlizini açılmalıdır:

"Bunu Azərbaycan tərəfidə istəyir. Ərazilərdə sərhəd dirəklərinin qurulması buna əyani sübutdur. Ermənistanında bunu istəməsi vacibdir və öhdəliklərini yerinə yetirməlidir. Artıq əvvəlki dövrlərdəki kimi müxtəlif bəhanələr ilə məsələni uzada bilməz. Ermənistan bu öhdəlikləri yetirməlidir və əks halda dəmir yumruq yerindədir".

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1003   Tarix: 03 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

"Bakcell" İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

"Bakcell" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın tarixi-mədəni irsinin rəqəmsal təqdimatına yönəlmiş layihənin icrasına başlayıb. xəbər verir ki, təşəbbüs çərçivəsində Şirvanşahlar Sarayı və Qız Qalasında artırılmış reallıq (AR) və süni intellekt texnologiyaların

28 sentyabr
.

44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU

27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal

28 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

İlham Əliyevin investisiya forumunda çıxışı: Azərbaycanın qlobal iqtisadiyyatda artan rolu

Azərbaycanın iqtisadi inkişaf strategiyası, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin gücləndirilməsi son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin II Azərbayca

28 sentyabr
.

Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər

"11-17 yaş qrupunda olanlar dələduzlar üçün ən əlverişli və asan hədəf sayılır". xəbər verir ki, bunu "RİA Novosti"yə rusiyalı psixoloq, psixologiya elmləri namizədi Svetlana Kolobova deyib. Mütəxəssisin sözlərinə görə, yeniyetmələr daim müstəqilliyə can atır və problemləri özlər

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən

İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA

28 sentyabr