Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında "8 qapı" - VİDEO
Qədim tarixə malik Bakının Maştağa kəndi Azərbaycanın adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürlərini qoruyub saxlaması ilə seçilir. Məşhur kənd həm də ziyarətgahları ilə məşhurdur. Bəs bu ziyarətgahların tarixçəsi nəyə dayanır? Bu yeri maraqlı, daha doğru desək, sirli edən nədir?
Suallarımıza cavab tapmaq üçün Maştağa kəndinə yollandıq. Kəndə çatanda ilk görüşdüyümüz şəxs ağsaqqallara müraciət etməyimizi tövsiyə etdi. Onun məsləhətinə qulaq asıb, sakinlərin daha çox toplaşdıqları çayxanaya yollandıq.
Bizi xüsusi mehribanlıqla qarşılamaları ilkin olaraq sakinlərin qonaqpərvər olmalarından xəbər verir.
Kənd sakini Zakir Babayev deyir ki, Bakının 32 ən böyük kəndindən biri olan Maştağa ziyalıları, meyxanaçıları və ziyarətgahları ilə daha çox məşhurdur:
"Maştağa qədim ziyarətgahları olan "Aqil baba" və "8 qapı" pirləri, yüzlərlə insanın üz tutduğu çıldağı ilə tanınır. Bundan əlavə, kənd Cümə məscidinin minarəsinin daşlarından salınan "Kanal yolu" və Xonxar məhəlləsi də məşhurdur. Bizim də böyüklərimizdən eşitdiyimizə görə, hər birinin özünəməxsus tarixçəsi var".
Onun sözlərinə görə, Maştağadakı sözügedən məşhur yerlərə təkcə Azərbaycanın rayonlarından deyil, xarici ölkələrdən də gələnlər var: "Xüsusən çıldağa gələnlər çoxluq təşkil edir. Mən özüm də ehtiyac yarandıqca çıldağa gedirəm. Qorxuluğu götürmək, ya hansısa bir narahatlığımız olanda ora üz tuturuq. Əslində bu həm də tibbi prosedurdur, insan bədənində müəyyən nahiyələr var ki, ora çıldağ etməklə yatmış sinirləri oyadırlar".
Kənd ağsaqqallarından olan Əliəkbər kişi isə məşhur "8 qapı" pirindən bəhs edərkən deyir ki, ora əvvəllər "7 qapı" adlandırılıb, adı isə sonradan dəyişdirilib: "Əvvəllər 7 qapı idi, şəhərdən gələnlər indi oranı 8 qapı ediblər. Gələnlər niyyət edib, qapıları dolanırlar".
"8 qapı" və "Aqil baba" pirlərinin axundu Hacıhüseyn Babazadənin sözlərinə görə, bura olduqca güclü bir pirdir, hətta bir dəfə ölü gətirilən 3 yaşlı uşaq buradan dirilərək ayrılıb:
"Hazırda olduğumuz məkan Maştağa kəndinin müqəddəs ocaqlarından biridir. Bura şəfa və ziyarət niyyəti ilə gəlirlər. Bir dəfə bir uşağı gətirmişdilər. Ona sepsis diaqnozu qoyulmuşdu. Uşaq xəstəxanada dünyasını dəyişib, valideyni isə ümid yerini bu pir bilib, uşağı bura gətirmişdi. Mən onda minbərdə idim. Dedilər belə bir hal baş verib. Minbərdən çıxıb gəlincə gördüm hamı deyib gülür, dedilər bəs uşaq dirilib. Atası da uşağı aparıb".
Maştağanın sirlər dünyasının daha bir müəmmalı ünvanı "Kanal yolu" adlanan ərazidir. Sakinlərin sözlərinə görə, Maştağadakı Cümə məscidindən sökülən minarənin daşlarından yol tikintisində istifadə olunub. Onlar deyir ki, həmin yolda qəzaların sayı-hesabı yoxdur. İnanclara görə, qəzaların baş vermə səbəbi isə yolun sökülən minarənin daşlarından çəkilməsidir.
Elm və texnologiyanın da inkişaf etdiyi bir vaxtda bu cür inancların olması nə qədər maraqlı, təəccüblü olsa da, insanlar bura ümidlə üz tuturlar. Bu məqamda bizə onların duasına "Amin" deyib, buradaca çəkilişimizi yekunlaşdırmaq düşür.
Daha ətraflı "Report"un süjetində:
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1032 Tarix: 04 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrEv yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrHündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqabı geyinərkən bədənin ağırlıq mərkəzi önə doğru dəyişir. Bu zaman tarazlığı qoruma
20 sentyabrTelefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22 sentyabrSaatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabr