QAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLAR

QAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQərbi Azərbaycan İcmasında (QAİ) Böyük Qarakilsə rayonu icmasının iclası keçrilib.

Manset.az xəbər verir ki, iclasda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon icmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov iclasın əlamətdar tarixə - Azərbaycanın memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etdiyini bildirib.

Professor Zahid Cəfərov Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, öz el–obasından zorla çıxarılan soydaşlarımıza qayğısından və xüsusi diqqətindən danışıb. Bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyini göstərməkdədir.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan icmasının aparat rəhbəri Qalib Qasımov Böyük Qarakilsə rayonunun sakinlərini salamlayıb. O, İcmanın bu günə qədərki fəaliyyəti, şəhər, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə danışıb.

Ölkəmizin Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda (2013 - 2021-ci illər) fövqəladə və səlahiyyətli səfiri olmuş Qaley Allahverdiyev diqqətə çatdırıb ki, bugünkü Azərbaycanın banisi olan Ümummilli Lider Heydər Əliyev daim xalqımızın tarixində və qəlbində əbədi yaşadacaq, Dahi şəxsiyyətin adı hər zaman sevgi və sayğı ilə anılacaq. Azərbaycan dövləti və xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezident, xalq və ordu vəhdəti ilə ərazi bütövlüyümüzü yenidən bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin şanlı səhifələrini yazacaq, zirvələr fəth etməkdə davam edəcək.

Sonra Hallavar kənd icmasının sədri, Hüquq üzrə fəlsəfə doktoru Əli Eyvazov, Arcut kənd icmasının sədr müavini, Tibb üzrə fəlsəfə doktoru, məşhur kardioloq Akif Nəsibovun, Heydərli kənd icmasının sədr müavini Hümbət Tanrıverdiyevin, Qarakilsə icmasının sədri İsaxan Maçanovun, Almalı kənd icmasının sədri Sabir Əhmədovun, Gözəldərə İcmasının sədri Şakir Muradovun, Dızman kənd icmasının sədri Bayram Əhmədovun və rayonun gənclərlə iş üzrə koordinatoru Famil Fərhadoğlunun hesabatları dinlənilib. Rayonun ictimaiyyət nümayəndələri və ziyalıları görülən işlər barədə məlumatlandırılıb.

Görülən işlər qənaətbəxş hesab edilib. Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov rayon sakinlərini Qayıdış konsepsiyasına aktiv dəstək olmaya çağırıb.

Tədbirin yekununda Böyük Qarakilsə rayon sakinlərinə Qərbi Azərbaycan İcmasına üzvlük vəsiqələri və döş nişanları təqdim edilib.

QAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLARQAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 826   Tarix: 11 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr