İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi sayılan Astara terminalında əsas inşa işlərinin 2024-cü ilin sonuna qədər yekunlaşması gözlənilir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədrinin müşaviri Emil Məmmədov deyib.
O bildirib ki, 2017-ci ildə Astara terminalının inşasına başlanılıb və bu terminal Rusiya, Belarus və İran üzərindən tranzit yük həcmlərinin cəlbinə imkan yaradır.
E. Məmmədov qeyd edib ki, terminalın tikintisi bu il intensiv templə aparılacaq: "2023-cü ildə Astara terminalına 800 min tona qədər yük cəlb edilib. Tikintisi tamamlandıqdan sonra yükaşırma gücünün illik 4 milyon tona çatdırılması nəzərdə tutulur".
Xatırladaq ki, terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi 25 il müddətinə Azərbaycana icarəyə verilib. Astara terminalında yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir və 2022-ci ilin sentyabr ayından ADY-nin törəmə şirkəti olan "Astara Terminal" MMC tərəfindən aparılır. Aşırılan yüklər taxta və taxta məmulatları, tikinti materialları (klinker, sement, qranit və mərmər daşlar, kafel), kimyəvi məhsullar, dənli bitkilər (arpa, taxıl, buğda və mərci), meyvə və tərəvəzlər, konservləşdirilmiş məhsullar, qida məhsulları və alkoqolsuz içkilərdir.
Astara çayı üzərindəki körpüdən terminal ərazisinə qədər 1,4 km uzunluğunda dəmir yolu xəttinin və dəmir yolu xəttinin mühafizə zolağının hasarlanmasının, terminal daxilində 8,7 km uzunluğunda dəmir yolu xəttinin, ikiaşırımlı Bağçasaray körpüsünün, 5 suötürücü qanovun tikintisi tamamlanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?