Şoyqu niyə Belousovla əvəzləndi? - Putinin sirli gedişinin şifrələri

Şoyqu niyə Belousovla əvəzləndi? - Putinin sirli gedişinin şifrələriPutinin Şoyqunu müdafiə naziri postundan uzaqlaşdırmasında səbəb axtarışı diqqəti Ukrayna müharibəsinə yönəldir.

Müharibənin gedişində müdafiə naziri dəyişirsə, bu, cəbhədə problemin olduğu deməkdir. Ukrayna cəbhəsində problemlərin olduğu bəllidir, müharibənin ilk mərhələsində, xüsusilə İstanbul danışıqlarından sonra Rusiya üçün çətin dövr başlandı. İtkilərə, uğursuzluqlara görə son nəticədə Şoyqu məsuliyyət daşıyır. "Vaqner" üsyanından sonra Şoyqunun hədəf taxtasına çıxması daha da sürətləndi. Son olaraq, müavini Timur İvanovun korrupsiya ittihamı ilə həbsinin Şoyqu üçün xoşagəlməz vəziyyət yaratdığını düşünmək olar.

Lakin səbəbləri Ukrayna cəbhəsində, yaxud Müdafiə Nazirliyinin dəhlizlərində axtarmaq yanıldıcı ola bilər.

Birincisi, Rusiya kimi ölkələrdə yüksəkrütbəli məmurun korrupsiya əməli o qədər də təccüblü deyil və istisna deyil ki, müavininin məhz indi ifşa edilməsi Şoyqunun gedişini "asanlaşdırmaq" məqsədi daşıyıb;

İkincisi, Ukrayna cəbhəsində Kiyevin böyük əks-hücum əməliyyatının uğursuzluğundan sonra rus ordusu üçün vəziyyət o qədər də pis deyil, əksinə işğal etdikləri ərazilərdə möhkəmləndiyi və irəlilədiyi haqda xəbərlər gəlir, Xarkov istiqamətində baş verənlər bunun son nümunəsidir;

Şoyqunun gedişi və yerinə Andrey Belousovun təyin edilməsi daha çox Putinin gələcək planından qaynaqlanır. İqtisadçı olan Belousov mülki şəxs kimi Müdafiə Nazirliyinə rəhbərlik edəcək, lakin bu, Ukrayna müharibəsinin gedişində, ümumiyyətlə ordunun hərbi fəaliyyətində dəyişikliyin olacağı demək deyil. Çünki hərbi məsələlər Gerasimov başda olmaqla generalların işidir, Şoyqu postundan getdiyi vaxt Ukraynada müharibənin davam etməsi də nazirin həlledici olmadığını göstərir. Belousovun bu posta gətirilməsi Qərb və Rusiya mediasında bir neçə kontekstdə qiymətləndirilir:

- Müdafiə Nazirliyində korrupsiyanı kökündən kəsmək;
- Şoyquya yaxın "kabnet generalları" əvəzinə döyüşən hərbçiləri önə çıxarmaq;
- Ordunun iqtisadi gücünü artırmaq, xüsusilə müharibənin getdiyi vaxt əməliyyatlarla təşkilatçılıq məsələlərini bir-birindən ayırmaq, eləcə də hərbi sənayeni inkişaf etdirmək və s;
- Rusiya tamamilə müharibə iqtisadiyyatına keçir və "iqtisadi reseptləri" ilə ad çıxarmış Belousov bu işin öhdəsindən gələ bilər;

Hərçənd, Putinin müdafiə naziri postuna Belousovu gətirməsi varislik planından da qaynaqlana bilər. Son ana qədər Şoyqunu Putinin mümkün varisi kimi təqdim edilən Tula qubernatoru Aleksey Dyuminin əvəzləyəcəyi deyilirdi, əvəzində Belousovun irəli sürülməsi daşları qarışdırdı. Sərt bürokrat olan Andrey Belousovu Rusiyada "ikinci adam" da hesab edirlər. O, Putin kimi Rusiya ətrafında "düşmən halqası" fikrinə inanan azsaylı şəxslərdəndir, hətta 2014-cü ildə Krımın ilhaqında Putinlə yanaşı, heç bir tərəddüd etməyən yeganə şəxs kimi də adı çəkilir. Son vaxtlar Putinə ən yaxın olan komandanın üzvünə çevrildiyi haqda məlumatlar var. Bu baxımdan, Putinin yolun yarısında "atları dəyişdirməsi"nin təkcə mövcud vəziyyətlə yox, həm də gələcək planlara hesablandığını demək mümkündür.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 734   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun