Ərinin şəhid olduğu binaya köçən qadın: "Ən böyük arzusu oğlumuza Şuşada ev almaq idi" – VİDEO
Şuşa hər daşından tarix yağan, Vətənimizin incisi olan torpağımızdır. Hər səhər yeni övladlarının ayaq səslərinə ayılır. İndi Şuşanın buz bağlamış divarları doğma balalarının ilıq nəfəsləri ilə isinir. Düz 32 il sonra ailəsi ilə birlikdə Şuşaya köçən Gülbəniz xanımda Şuşa qədər sevinclidir.
Sonxeber.az xəbər verir ki, Gülbəniz Fərhadova keçirdiyi hisslər ilə bağlı "Apa TV"yə danışıb. Deyir xoşbəxtəm ki, Azərbaycanın qəhrəmanlarının qanı bahasına azad etdiyi və qurduğu Şuşaya qayıtmışıq:
"Fikirləşirsən ki, mən bu hisslər ilə bağlı hansı cümləni tapım. Həddindən artıq həyəcanlı bir an idi. Şuşaya ilk gəlişimiz, vətən və torpaq həsrətinə son qoyduğu üçün cənab prezidentimizə dərin təşəkkürümüzü bildirir. Canından keçən şəhidlərimizə hər birimiz borcluyuq".
Gülbəniz Fərhadova deyir ki, Şuşadan çıxanda 23 yaşı olub. Böyük övladı 40 günlük olanda Şuşanı tərk edib.
"Şuşa Rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışam. Mən 23 yaşında o inzibati binanı tərk edən və 32 il sonra yenidən o binaya qayıdan yeganə əməkdaşam".
Gülbəniz Fərhadovanın həyat yoldaşı Vidadi Fərhadova Şuşa azad olunduqdan sonra yenidən qurulmasında yaxından iştirak edib. Mühəndis kimi çalışıb. 2023-cü il antiterror əməliyyatları zamanı ermənilərin açdığı atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Ətraflı "Apa TV"nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1143 Tarix: 15 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Milli Məclisin plenar iclası başlayıb, Baş nazir hesabat verəcək
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. " xəbər verir ki, xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələ - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat yer alıb. Hesabatı Baş nazir Əli Əsədovun təqdim etməs
13 mart"5 il öncə paltar reklam edən indi cərrahdır"
Amerikaya köçən tele-aparıcı Qənirə Ataşova sosial media hesabında açıqlaması ilə diqqət çəkib. -a istinadən bildirir ki, Qənirə Ataşova plastik cərrah kimi fəaliyyət göstərən Səma Qasımova haqqında İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:. Doktor Səma Qasımova 2020-ci ildə paltar reklamı ilə məşğu
4 yanvar 2025Blogger Samir Əliyev: YouTube-da İzlənmə Rekordları Qırır
Azərbaycanın ən məşhur blogerlərindən biri olan Samir Əliyev son illərdə sosial mediada böyük uğurlar qazanıb. O, 7 ildir ki, qısa metrajlı vine videoları çəkir və izləyicilərini güldürməyi bacarır. Lakin iki il əvvəl o, YouTube platformasına keçid etmək qərarına gəldi və bu qərar onun üçün inanılma
24 fevral 2025Döyüşün ortasında qalan qız döyülərək huşunu itirdi - VİDEO
Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda inanılmaz görüntülər qeydə alınıb. xəbər verir ki, bir marketin qarşısında iki qrup arasında naməlum səbəbdən dava düşüb. Tərəflər bir-birilərinə dəyənək və yumruqlarla hücum ediblər. Daha sonra digər şəxslərin də davaya qarışması ilə küçə döyüş meydanın
11 iyul 2025Xoşqədəm Hidayətqızı Tovuzun icra başçısını tənqid etdi - VİDEO
"ARB"də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısını tənqid edib. xəbər verir ki, "ARB" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bəzi dövlə
9 yanvar