"COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin dövlətimizin bu sahədəki fəaliyyətinə böyük etimadın bariz nümünəsidir"
"Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə hər zaman öz töhfəsini verib".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, dövlətimizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib:
"Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılması nəzərdə tutulub. Azərbaycanın enerji siyasətinin prioritetlərindən biri də yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəql olunmasıdır. Bu sahədə dövlətimiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyib.
Artıq Qarabağ və Şərqi Zəngəzurda bir neçə su-elektrik stansiyası inşa edilərək istismara verilib. Günəş və külək stansiyalarının yaradılması ilə bağlı konkret planların ardıcıllıqla həyata keçirilməsi də diqqət mərkəzindədir. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çoxdur. Hər iki bölgənin kiçik çayları böyük hidroenerji potensialına malikdir.
Azərbaycan "yaşıl siyasətlə" bağlı müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edir. Ölkəmiz, həmçinin bu istiqamətdə ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyənləşdirib. Günəş və külək enerji istehsalını artırmaq üçün bu sahəyə böyük məbləğdə investisiyalar cəlb olunur, yaşıl zona üçün lazımi texnologiyaların tətbiqi həyata keçirilir. Dünyadakı enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq inkişaf etmiş ölkələrdə ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə olunması qarşıya qoyulan əsas məqsədir. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən dövlətimizin bu sahədəki fəaliyyətinə böyük hörmət və etimadın bariz nümünəsidir. Ölkəmiz milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə bundan sonrada öz töhfəsini əsirgəməyəcəkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA