İnsanlarda travma yaradan psixoloqlar: Onların fəaliyyətini tənzimləyən qanun yaradılmalıdır" - Açıqlama
Bu gün Beynəlxalq ailə günündə Sosial Tədqiqatlar Mərkəzində "Azərbaycan ailəsi:dəyişən və dəyişməyən dəyərlər" mövzusunda konfrans təşkil olunub. Konfransda STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan "Müasir Azərbaycan ailəsi" analitik hesabatının birinci buraxılışı təqdim edildi. tədbirdə Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov Azərbaycanda psixoloqların fəaliyyətinin reyestrinin təmin olunması təklif edib.
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az-a açıqlama verib.
Sosioloq bildirib ki, Azərbaycan həm psixoloqların, həm də sosial işçilərin fəaliyyətini tənzimləyən qanuna ehtiyac olduğunu bildirib:
"Azərbaycan həm psixoloqların, həm də sosial işçilərin fəaliyyətini tənzimləyən qanuna ehtiyac var. Eyni zamanda onların fəaliyyətini tənzimləyən qurum yaradılmalıdır. Psixoloqların və sosiol işçilərin fəaliyyətlərini qiymətləndirən və etik çərçivələrini müəyyən edən qurumlara ehtiyac var. Psixoloqların fəaliyyətinə lisenziya verən qurum mütləq olmalıdır. Bu gün kifayət qədər psixoloq adı ilə işləyən şəxslər var. Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov bu gün keçirilən tətbirdə bildirdi ki, "onlar insanlara fayda vermək əvəzinə,travma yaşadır". Psixoloqlara fəaliyyətinə nəzərat mexanizm gücləndirilməlidir. Bu sahə ilə məşğul olan qurum yaradılmalıdır. Həmin qurum psixoloqlara lisenziya verməli və eyni zamanda onları hüquqi qiymətləndirməlidir. Bu zaman psixoloqların məsuliyyətini daha da artıra bilər".
Sosioloq bildirib ki, hazırki dövrdə psixoloqra nəzərət edən qurumun yaradılmasına çox böyük ehtiyac var:
"Bu qurum fəaliyyəti eyni zaman insanlarda psixoloji xidmətə inam yaradacaq. Bu proses sosial işçilərə şamil edilə bilər. Bu addım həm psixoloqların, həm də sosial işçilərin məsuliyyəti artıracaq. İrəli sürülən təklif adikvatdır. Hazırki dövrdə buna çox ehtiyac var.
Bəzən sosial mediada psixoloqların reklamlarını görürük. Amma məlum olur ki, həmin şəxs heç praktik psixologiya sahəsində çalışmayıb. Sadəcə əmək bazarındakı boşluqdan istifadə edərək psixoloq adı ilə fəaliyyət göstərir. Bu da psixoloqlara olan inamı öldürür. Buna görə də bu hallar tənzimləyən qurumun yaradılması çox yaxşı olar. Bu zaman insanların da keyfiyyətli psixoloji yardım almaq imkanı yaradar".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA