Bu evlərə "kupça" verilməyəcək
Hazırda əksəriyyəti Bakı və Abşeron rayonunda yerləşən sənədsiz evlərlə bağlı amnistiyanın tətbiqi gündəmdədir. Bununla bağlı Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətinin birgə hazırladığı elektron portalın yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələdə sənədləri nisbətən qaydasında olan evlər çıxarışla təmin olunacaq.
Bəs görəsən, tikintisi qadağan olunmuş ərazilərdə olan evləri hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu cür evlərə kupça verilməsi mümkün deyil:
"Tikinti üçün qadağan olunmuş ərazilərdə olan evlərə amnistiyanın tətbiq olunması faktiki mümkün deyil. Çünki qanunda açıq şəkildə qeyd olunur ki, magistral xəttlərin mühafizə zolağı, meşə-təsərrüfat torpaqları, yüksək gərginlikli elektrik xəttlərinin keçdiyi yerlər və bu qəbildən olan ərazilərdə ev tikmək qadağandır. Təbii ki, amnistiya ilə bağlı məsələ müzakirə olunarkən bu nüanslar da nəzərə alınıb. Eyni zamanda vulkanik ərazilərdə tikilən evlərə də çıxarış verilməsi mümkün deyil. Nəhayət, mədən ərazilərində, yəni neft və qaz çıxarılan yerlərdə də birmənalı şəkildə evlərin tikilməsi qadağandır. Düşünürəm ki, proqram icra olunarkən, həmin evlərə amnistiyanın verilməsi məsələsindən daha çox, onların sökülməsi məsələsi daha aktualdır və doğrudur. Yəqin ki, yanaşma da buna uyğun olacaq".
Ekspert bildirib ki, bu evlər sökülərsə, dövlət tərəfindən kompensasiya veriləcək:
"Təbii ki, əgər bu qəbildən olan evlər sökülərsə, onların sahiblərinə kompensasiya ödənilməlidir. Söhbət sayı 20-30 minə qədər əmlakdan gedir. Düşünmürəm ki, dövlət 20-30 min ailəni özündən narazı salacaq bir addım atsın. Bu mümkün deyil və hesab edirəm ki, buna yol verilməyəcək. Eyni zamanda o evlər tikilərkən, nəzarət etməli olan qurumlar var idi. Həmin qurumlar bu prosesə nəzarət etməyiblər. Vaxtında nəzarət olunsaydı, yəqin ki, bu istiqamətdə belə bir problem meydana çıxmazdı".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1194 Tarix: 16 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyunGürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyunİlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd
22 iyunMoldova səfiri Rusiya XİN-ə çağırılıb
Moldova səfiri Lilian Dariy bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya mediası XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiya diplomatik kuryerlərinin saxlanılmasına görə ona qəti etiraz bildirilib. "Rusiya XİN-ə çağırılan Moldov
26 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunYaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA
Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya
26 avqustAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyunTürkiyədə mədəndə uçqun: Ölən var
Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır
17 iyun