"Saqqal kişinin makiyajıdır" ifadəsi necə yaranıb? - ARAŞDIRMA + VİDEO
Bərbərlik qədim və hörmətli peşələrdəndir. Xarici görünüşə diqqət yetirmək bütün dövrlərdə insanlar üçün önəmli olduğundan bu peşəyə də həmişə hörmətlə yanaşılıb. Bu sənət ellinizmin əsəridir. Bərbərliyi ticarətə çevirənlər isə siciliyalılar olublar. Bərbərlər tarix boyu dəllək, dişçəkən, sınıqçı, qançıxaran olublar.
Qədim Romada qladiatorlar döyüş vaxtı yaralandıqda həkimlər onlara baxmaqdan üz döndərərdilər. Bu zaman ara həkimi hesab edilən dəlləklər onların müalicəsini boyunlarına götürürdülər. Bərbərliyi istifadə etdiyi texnologiya ilə mükəmməlləşdirənlər müsəlmanlar olublar. Çünki orta əsr dövrünün müsəlman kişiləri, xüsusilə də imkanlı gəncləri hər gün bərbərə müraciət edir, vaxtlarının çoxunu saqqalarına xüsusi şəkil və forma vermək üçün sərf edərdilər.
Müsəlman saç və geyim dəbi o qədər sürətlə yayılıb ki, xristianların bu dəbə aludə olmamaları üçün Roma papalarının xüsusi fərmanları var idi. Ancaq o zamanlar bu fərmanlar elə də işə yaramırdı. Tarixdə saqqalı qadağan edən sərkərdələr də az olmayıb. I Pyotr öz hakimiyyəti dövründə bığ-saqqal üçün xüsusi vergi təyin edib. Hətta bunun üçün kişilərə üzərində "bığ vergisi ödənib" sözləri yazılmış kağız da verilirdi.
Azərbaycanda bərbərliyin tarixi qədim olsa da, bu sənət hamamlarda inkişaf etdiyindən haqqında o qədər də məlumata rast gəlinmir. Bığ-saqqal qədim Azərbaycanda bir az da mötəbərlik, zadəganlıq əlaməti sayılıb. Kişinin bığı onun namusu hesab olunub. Hətta el arasında bununla bağlı belə bir atalar sözü də var: kişinin bığına, qadının saçına, atın quyruğuna toxunmazlar.
Osmanlı tarixində də bığ mərdliyin, igidliyin və qəhrəmanlığın simvolu sayılıb. Bığsız kişinin hörməti bığlıya nisbətən daha az olub. İttihad və Tərəqqi dönəmində Türkiyədəki siyasətçilərin bığı alman tərzində olub. Mustafa Kamal Paşadan tutmuş, sözügedən dönəmdə iz qoymuş bütün paşaların bığları alman tərzi idi: yuxarıya doğru və ucu iti formada.
Baku TV-nin "Saqqal kişinin makiyajıdır" mövzusu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 763 Tarix: 17 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb
Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər
29 iyunKafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi
Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo
19 iyunİmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI
I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə
24 iyunBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyunNiderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi
Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin
23 iyunİlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd
22 iyun