Qurban bayramına qədər veteranlara verilən pul 150 manata QALDIRILIR? - AÇIQLAMA

Qurban bayramına qədər veteranlara verilən pul 150 manata QALDIRILIR? - AÇIQLAMAAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq "Müharibə veteranı" statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq "Müharibə veteranı" statusu daşıyır. Dövlət Statistika Komitəsi bununla bağlı məlumat yayıb. Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir. Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.

Bu gün isə ən çox verilən suallar arasında veteranlara verilən müavinətin artırılmasıdır. Qarşıda isə Qurban bayramı gəlir. Azərbaycanda Qurban bayramına qədər veteranlara verilən müavinətin məbləği 150 manata qədər arta bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, hazırda bu istiqamətdə gedən ictimai müzakirələr, eyni zamanda aidiyyəti dövlət qurumlarının verdiyi mesajları təhlil etmiş olsaq, qısa və yaxın müddətli dövrdə veteranlara verilən məbləğin artırılacağını düşünmür:

"Çünki bu istiqamətdə bir neçə mühüm məqam vardır. Onlar biri ilk olaraq veteranların sayının çox olmasıdır. Hökumət müvafiq artımların büdcə üçün böyük bir maliyyə yükü formalaşdırdığını iddia edir. Bu məsələyə görə, son bir neçə ildə müvafiq sosial müavinətin artırılmaması müşahidə olunur. Eyni zamanda başqa təşəbbüslərdə var ki, müxtəlif formalarda ictimailəşir. Belə ki, veteranlara birdəfəlik ödənişin edilməsi və müvafiq müavinətin aradan qaldırılması kimi fikirlər var. Bütün bunlar onu göstərir ki, yaxın müddətli dövrdə ən azından 2024-cü ildə bu müavinət növü artırılmayacaq".

Ekspertin sözlərinə müavinətin xüsusiyyətini və təyinatını nəzərə almış olsaq, bu məbləğ nəqliyyat və kommunal xərclərin kompensasiyası məqsədilə yaradılıb:

"Daha yaxşı olar ki, bu kimi mübahisələrin ortaya çıxmaması üçün müavinətin növü ilə bağlı konkret metodologiya formalaşdırılsın. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı vardır. Orada bir vətəndaş üçün orta aylıq kommunal xidmət xərcləri (qaz, su, elektrik sərfiyyatı və nəqliyyat xərcləri) əsas götürülməklə, Tarif Şurasının qərarlarına istinad etməklə məhz müavinətin məbləği müəyyənləşdirilə bilər. Ümumiyyətlə prinsip etibarilə Tarif Şurasının qərarı ildə birbaşa olaraq müavinətin məbləği əlaqələndirilməlidir. Tarif Şurası qərar qəbul etdikdən sonra, müvafiq nisbətdə müavinətin məbləği artırıla bilər. Bu həm də mübahisələrin aradan qalxmasına, həm də sosial ədalətin bərpasına gətirib çıxara bilir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1540   Tarix: 17 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

29 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Kafedə dava: Ünvansız söyüş söydü, dostunu qətlə yetirdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Xudat Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, Xudat Məmmədo

19 iyun
.

İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI

I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə

24 iyun
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun