Bakının ortasında "ermənikənd" necə qondarıldı?.. -Səbəb yenə...

Bakının ortasında "ermənikənd" necə qondarıldı?.. -Səbəb yenə...Erməni bankir: "Mənim cəzamın azaldılması barədə heç bir xahişim yoxdur. Sizdən yalnız onu xahiş edirəm ki, məhkəmənin qətnaməsində qeyd edəsiniz ki, o, ixtiyarında olan dövlət vəsaitini bilə-bilə erməni qardaşlarına paylamışdır. Yazın ki, millətimin yolunda hər hansı cəzanı çəkmək mənə xoşdur..."

Sovet dövründə yaşamış orta yaşlı oxucularımızın yaxşı yadında olar ki, paytaxtımızda 1990-cı ilədək təxminən yarım milyona yaxın erməni yaşayıb. Özü də şad-xürrəm kef içində... Onların daha sıx yaşadığı məkanlardan biri də, o vaxtkı Lenin, indiki Nəsimi rayonu ərazisindəki "ermənikənd" adlanan böyük bir məhəllə idi. O məhəllə son illər sökülmüş "Nəsimi bazarı" deyilən bazarın ətrafında idi. O vaxt həmin bazar da "ermənikənd bazarı" adlanırdı... Hətta 20-40-ci illərdə bir müddət bu ərazi "Şaumyan adına qəsəbə" də adlanıb"..

Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, oxucularımıza maraqlı müsahibə, açıqlama və yazılarıyla tanış olan sabiq deputat, rəhmətlik Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, görkəmli sovet – Azərbaycan dövlət xadimi Talıb Musayev özünün 2008-ci ildə nəşr edilən "Ermənilər və faciələrimiz" kitabının "Daşnak ermənilər sonradan necə bolşevik maskası taxdılar" başlıqlı bölməsində Azərbaycan paytaxtının "orta göbəyi"ndə "ermənikənd" məhəlləsinin qondarılması haqda maraqlı faktlardan da bəhs edir.

Aktuallığını nəzərə alaraq həmin materialı Moderator.az oxucularının nəzərinə çatdırırıq:

"Oxucuların, yəqin, yaxşı yadındadır ki, 1990-cı ilə qədər Bakıda böyük bir kvartal(məhəllə-S.L.) "ermənikənd" adlanırdı. Lakin heç kəs fikirləşmir ki, 1911-1913-cü illərdə birdən-birə Bakı şəhərinin ortasında böyük bir erməni qəsəbəsi necə yaranıb..

Əslində bu qəsəbəni yaradan bir erməni olmuşdur. Belə ki, 1910-1911-ci illərdə Bakıda neft satışı və neft istehsalının inkişafını artırıb Rusiyanı neft məhsullarıyla təmin etmək məqsədi ilə tələb olunan miqdarda fəhlə-mütəxəssis kontingenti cəlb etmək üçün Çar imperiya dövləti tərəfindən Bakıda bir bank şəbəkəsi yaradıldı. Həmin şəbəkəyə 1 milyon rubl kredit vermək qərara alındı. Bu kredit Bakı kəndlərindən, eləcə də Azərbaycanın müxtəlif rayonlarından gələn vətəndaşlara verilməli idi ki, onlar Bakıda evlər tikib yaşasınlar və neft buruqlarında işləsinlər. Bəhs edilən bank şəbəkəsinin direktorluğuna isə bir erməni təyin edilmişdi. O da dövlətin nəzərdə tutduğu 1 milyon rubl kredit əvəzinə dövriyyəyə 3 milyon rubl kredit buraxmışdı. Kredit verilən vətəndaşların 90 faizindən çoxu isə ermənilər idi. Bu minvalla ermənilər hər yerdən qaçıb Bakıya doluşmağa başladılar...

İcazə verilmiş limitdən iki dəfə artıq dövlət pulunu icazəsiz payladığı üçün sonralar o erməni bank direktorunun işi məhkəməyə verilmişdi. Məhkəmənin gedişində onu ağır cəza gözləyirdi. Sonda ondan soruşublar ki, sizi ağır cəza gözləyir, bəs məhkəmədən son söz kimi nə xahiş-tələb edirsiniz. Cavabında erməni bankir belə deyir:

"Mənim cəzamın azaldılması barədə heç bir xahişim yoxdur. Sizdən yalnız onu xahiş edirəm ki, məhkəmənin qətnaməsində qeyd edəsiniz ki, o, ixtiyarında olan dövlət vəsaitini bilə-bilə erməni qardaşlarına paylamışdır. Yazın ki, millətimin yolunda hər hansı cəzanı çəkmək mənə xoşdur. Ona görə də mənə nə qədər cəza tələb olunursa, onu da verin..."

Beləliklə də, rusu aldadıb pulunu alan erməninin hesabına Bakıda qondarma "ermənikənd" yarandı. Elə təxminən həmin vaxtlar Gəncədə də "vtaroy çast"- "ikinci hissə" adlanan erməni qəsəbəsi yaradılmışdı..."
Bakının ortasında "ermənikənd" necə qondarıldı?.. -Səbəb yenə...Bakının ortasında "ermənikənd" necə qondarıldı?.. -Səbəb yenə...


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1223   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi

Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad

26 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Naxçıvanda mövcud problemlərin həlli üçün güclü iradə və maliyyə resursları vardır

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfər çərçivəsində Naxçıvanda bir sıra obyektlərin açılışında, təməlqoyma mərasimlərində və həyata keçirilən işlərin vəziyyəti ilə tanış olduqdan sonra Prezidenti İlha

12 avqust
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

Niderlandda ilk: 12 yaşdan kiçik uşaq evtanaziya edildi

Niderlandda ilk dəfə olaraq 12 yaşdan kiçik uşaq 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına imkan verən qaydalara əsasən, evtanaziya edilib. Söhbət vəziyyətinin yüngülləşdirilməsinin qeyri-mümkün olduğu ölümcül xəstə uşaqlardan gedir. -ın xəbərin

23 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun