"Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib"
"Ermənilər hansısa bir musiqimizi ifa edəndə biz başlayırıq buna etiraz etməyə, cavab verməyə. Biz bir şeyi birdəfəlik başa düşüb anlamalıyıq ki, erməni bunu edib, edir və edəcək də. Tək musiqimizə yox, mətbəximizə də, torpağımıza da bu millət hər zaman təcavüz edib. Əvvəla ondan başlamaq lazımdır ki, erməni Qafqaz milləti deyil, Qafqaza gəlmə millətdir. Onların Allahverdiyan adlı soyadı var. Onlarda Allah sözü var?! Belə-belə çox sözlər, məsələlər var ki, istəyirlər özününküləşdirsinlər"
Bunu Moderator.az-a açıqlamasında Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi deyib. O daha sonra əlavə edib.
"Ümumiyyətlə onlar çalışırlar ki, öz mədəniyyətlərini ətraf ölkələrin mədəniyyətləri hesabına formalaşdırsınlar. Azərbaycanın milli aləti balabanı düdük adı ilə məşhurlaşdırıb, ona heykəl də qoyublar. Brüsseldə kral muzeyində tar, kamança erməni musiqi aləti kimi təqdim olunur. Belə bir zarafat var ki, suyu da ermənilər fikirləşib, havanı da. Bu işdə mən özümüzü günahlandırıram. Demək ki, biz nəyisə düz etmirik ki, erməni bundan istifadə edir. Onların güclü diasporları var, buna yaxşı pul ayırırlar, informasiya məkanları çox yaxşı işləyir. Hansı ölkəyə baxsanız orada erməni var. Biz öz varlığımızı, əlimizdə olan musiqi alətlərimizi, öz mədəniyyətimizi təbliğatında onlardan geri qalırıq. Bilirik ki, bu bizimdir və arxayın ona baxırıq. Amma onlar bunu götürüb dünyaya öz malı kimi təqdim edirlər" deyə sənətkar bildirib.
Siyavuş Kərimi deyir ki, musiqimizi dünyada təbliğ etmək üçün qastrol səfərlərinə xüsusi önəm verilməlidir.
"Üzeyir Hacıbəyli "Arşın mal alan" əsərini yazanda ermənilər Amerikada bu filmi çəkmişdi və erməni əsəri kimi qələmə verilmişdi. Stalin işə qarışmasaydı hamı bu əsərin erməni əsəri olduğunu biləcəkdi. "Sarı gəlin" mahnısını da oğurlamşdılar. Onlar dayanmayacaqlar. Biz öz mədəniyyətimizi təbliğ etmirik. Biz öz musiqiçilərimizi, kollektivlərimizi bütün dünyaya qastrol səfərlərinə, sərgilərə göndərməyi bacarmalıyıq. Yeganə Heydər Əliyev Fondu bu işdə zəhmət çəkir. Bu qədər şirkətlər var, investırlarımız var. Kömək etsinlər şirkətlərə. Qohumlarına yox, peşəkarlara! Peşəkar olmayanlar gedib orada konsert verə bilməcəyəklər! Klasik musiqiçilərə, milli musiqi ifaçılarına kömək etmək lazımdır. Bizim baş ucaldan sənətkarlarımız var. Onlar dünyanı fəth etməlidirlər. Ermənilərin Aram Xaçaturyan adında böyük bir bəstəkarları var idi. "Spartak", "Qayane" baletini yazmışdı. "Qayane" baletində "Uzundərə" rəqsimizdən istifadə etmişdi. Bunu o zaman SSRİ Bəstəkarlar İttifaqı da təsdiq etmişdi. Xaçaturyan özü sonradan etiraf etdi ki, mən erməniyəm, Tiflisdə anadan olmuşam, amma musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənmişəm" deyə xalq artisti bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA