""Azadlıq" qəzetində verilmiş "Polis rüşvət almır" başlıqlı müsahibəm başımı necə ağrıtdı?.. - VİDEO

""Azadlıq" qəzetində verilmiş "Polis rüşvət almır" başlıqlı müsahibəm başımı necə ağrıtdı?.. - VİDEO"Zəng vurub dedim ki: "A qızım, mən müsahibəmdə sizə elə söz deməmişəm axı…" Xanım jurnalist köksünü ötürüb belə cavab verdi: "Yaxşı, onda təkzib verərik". Dedim ki, qızım, necə təkzib verəcəksiz; yazacaqsınız ki, polis rüşvət alır?.."

"Niyə sizləri yalnız polisin rüşvət alıb-almaması düşündürür? Məgər 1988-1990-cu illərdə hələ ordumuz, müdafiəmiz olmayanda Qarabağ və ətraf rayonlarda, Ermənistanla sərhəddə erməni terrorçuları ilə döyüşə atılıb sinələrini sipər edən, qəhrəmanlıqla vuruşan, şəhid olan polislər olmamışdımı?!."

Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş üzrə İdarəsinin sabiq rəisi, istefada olan polkovnik Mehman Mehmanovun özününqələmə alaraq redaksiyamıza yolladığı, iş fəaliyyəti zamanı başına gəlmiş növbəti maraqlı epizodlardan birini də Moderator.az oxucularının nəzərinə çatdırırıq:

Ağacda qalıb yetişmiş meyvə kimi xatirələr də müəyyən vaxtdan sonra şirin görünür... 1994-1995-ci illər idi... Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş üzrə idarə rəisi vəzifəsini daşıyırdım. Rəhbərlikdən tapşırıq aldım ki, "Azadlıq" qəzetinə geniş müsahibə verim. Müxalifətcilərlə onlara məxsus mətbuat vasitəsi ilə ünsiyyət yaratmaq, təbii ki, xeyirxah məqsəddən irəli gəlirdi və taleyüklü məsələlərin həllində vahid mövqedən çıxış etmək gərəkliyi yaradırdı. O vaxtlar çox dəbdə olan ifadə ilə desək, milli müstəqilliyimizin kövrək məqamlarını, keçid mərhələsini yaşayırdıq. Müxalifət qəzetləri bir çox hallarda ağına- bozuna baxmadan əsassız yazılar dərc edir, məhkəmə perspektivləri yaradırdılar. Lakin əksər hallarda məhkəməyə müraciət olunmurdu. Məhz bu cür təşəbbüslər bir çox hallarda müsbət nəticə verir; jurnalistlərlə belə əlaqə, ünsiyyət sayəsində bəzən "Azadlıq", "Müşavat" qəzetlərinə polis əməkdaşlarının fəaliyyəti haqda yanlış mənbələr əsasında dərc edilən xəbərlərin çoxu ilə əlaqədar təkziblər verilməsinə nail olurduq...

Xülasə, "Azadlıq" qəzetindən səhv etmirəmsə, Zülfiyyə adlı bir qız müxbir gəldi və maraqlı söhbətimiz alındı. Jurnalist xanım israrla sübut etməyə çalışırdı ki, polislər lazım gələndə adamın cibinə narkotik maddə qoyub tuturlar. Onu inandıra bildim ki, bunlar hamısı şayiələrdir, ağız sözləridir; kimisə narkotik satışında-filanda ittiham etmək üçün yetərincə araşdırmalar aparılmalı, zəruri əməliyyat tədbirləri həyata keçirilməlidir...

Bəli, həmin günün sonunda jurnalist qız mənə zəng vurdu ki, yazı axşam çapa gedir. Müsahibənin siqnal variantına baxmağa lüzum görmədim. Ertəsi gün "Azadlıq" qəzetinin manşetində iri hərflərlə yazılmışdı mənim verdiyim müsahibənin başlığı yazılmışdı: "Polis rüşvət almır…"

Sürücüm otağa gəlib dedi ki, Mehman müəllim, o müsahibəniz çıxandan sonra camaat arasında söz-söhbət gəzir ki, rəis hər şeyi öz arşını ilə ölçür...

Zülfiyyə xanıma zəng vurub dedim ki: "A qızım, mən müsahibəmdə sizə elə söz deməmişəm axı…"

Xanım jurnalist köksünü ötürüb belə cavab verdi: "Yaxşı, onda təkzib verərik".

Dedim ki, qızım, necə təkzib verəcəksiz; yazacaqsınız ki, polis rüşvət alır?.. Niyə sizləri yalnız polisin rüşvət alıb-almaması düşündürür? Məgər 1988-1990-cu illərdə hələ ordumuz, müdafiəmiz olmayanda Qarabağ və ətraf rayonlarda, Ermənistanla sərhəddə erməni terrorçuları ilə döyüşə atılıb sinələrini sipər edən, qəhrəmanlıqla vuruşan, şəhid olan polislər olmamışdımı?! Bu şərəfli yolda minə yaxın polis əməkdaşı həyatını qurban vermiş, yüzlərlə əməkdaş ağır yaralanmış, neçəsi itkin düşmüşdür. Bu gün də onlarla polis əməkdaşının ailə üzvləri onların yollarını gözləyirlər...

Yaxşı xatırlayıram, ağsaqqal bir kişi iş otağıma daxil olub sükut içində kresloya çökdü. Handan-hana başını qaldırıb dərin hüznlə: "Ay oğul, gözüm çıxır. Adamların arasında axtarmaqdan doymuşam, indi gözlərim göydə, buludların arxasında axtarır oğlumu. Amandı, heç olmasa, övladımın "öldü" xəbərini deyin, vallah, qurban kəsəcəm. Məlum oldu ki, oğlu Xüsusi Dövlət Müəssisələrinin mühafizəsi alayının əməkdaşı imiş, Qarabağ savaşında itkin düşüb….

Bir dəfə də, Zəngilan Rayon Polis Şöbəsi müəssisədən kənar Mühafizə şöbəsinin rəisi olmuş rəhmətlik Əziz Paşayev düşmənlərimizlə savaşda itkin düşmüş polis leytenantı olan oğlunun foto-şəklini qoymuşdu qarşıma. Elə bil, Allah qələmlə çəkmişdi... Elə gözəl oğlandı….Başımı qaldıranda gördüm, kişi sanki kösövə dönüb, alovdan qarsalanıb elə bil…
Müxbirə dedim ki, Zülfiyyə xanım, axı, mən sizə bunları söyləmişdim... Suallarıma sükutdan başqa heç bir cavab almadım..."


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 776   Tarix: 21 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Estetik cərrahların sertifikasiyası ləğv olunub: Yenidən fəaliyyət göstərirlər?

Azərbaycanda bir neçə estetik cərrahın sertifikasiyasının ləğv edilməsi ilə bağlı məsələ ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Məlumata görə, bəzi həkimlərin sertifikasiya şəhadətnamələri ləğv olunub, digərlərinin isə sertifikasiya müddəti başa çatıb. Hazırda bu istiqamətdə araşdırmala

8 aprel 2025
.

Xoşqədəm Hidayətqızı Tovuzun icra başçısını tənqid etdi - VİDEO

"ARB"də yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Tovuz rayonunun icra başçısını tənqid edib. xəbər verir ki, "ARB" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bəzi dövlə

9 yanvar
.

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin seçim prinsipləri açıqlanıb

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin seçim prinsipləri açıqlanıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"d

8 dekabr 2025
.

Milli Məclisin plenar iclası başlayıb, Baş nazir hesabat verəcək

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. " xəbər verir ki, xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələ - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat yer alıb. Hesabatı Baş nazir Əli Əsədovun təqdim etməs

13 mart
.

Çilidə dağın zirvəsində "sirli üz" peyda olub

Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi

5 avqust 2025
.

QHT sədri: Azərbaycanda sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımlar dövlətin bu sahəyə diqqətini göstərir

Azərbaycan dövləti sosialyönümlü siyasəti ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun əsas məqsədi məhz Azərbaycan vətəndaşının rifahını təmin etmək, onun sosial problemlərinin həllini ön plana çıxarmaqdır. Dövlətimizin başçısının "Bizim siyasətimizin mərkəzində Azərbayca

9 yanvar 2025
.

Yaşını eşidənlər heyrətə gəldi: Tərs yolda kilometrlərlə irəlilədi, tıxac yaratdı - VİDEO

Ədrinə şəhərində baş verən hadisədə 87 yaşlı sürücü Ədrinə-Havsa karayolu boyunca avtomobili ilə tərs yöndə hərəkət edərək digər avtomobillərin arasından təhlükəli şəkildə keçib. türk mediasına istinadən xəbər verir ki, digər sürücülərin siqnal ilə xəbərdarlıqlarına məhəl qoymayan şəxs həm özünü, hə

17 fevral
.

Psixoloqlara görə, yalançını ifşa etməyin yeganə real yolu

Araşdırmalar göstərir ki, insanların yalanı aşkar etmə uğuru cəmi 54%-dir; bu isə təxminən bəxtəbəxt qərar vermək kimidir. Ekspertlər bildirirlər ki, göz təması aldatma üçün zəif göstəricidir, əsl ipucu isə hekayədəki detal çatışmazlığında gizlənir. xəbər verir ki, bir çox mədəniyyətdə gözü qaçırmağı

25 mart
.

Nizami rayonunda "Nirvana" "Şərifoğlu kabab" restoranları səkini zəbt ediblər

"Nirvana" və "Şərifoğlu kabab" restoranları səkinin əsas hissəsini zəbt ediblər. Nizami rayonu Qara Qarayev prospekti 54, yerləşən " Nirvana" və "Şərifoğlu kabab" restoranları piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib. Bu, həm piyadaları

7 aprel 2025