QHT sədri: Azərbaycanda sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımlar dövlətin bu sahəyə diqqətini göstərir

QHT sədri: Azərbaycanda sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımlar dövlətin bu sahəyə diqqətini göstərirAzərbaycan dövləti sosialyönümlü siyasəti ilə seçilir. Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun əsas məqsədi məhz Azərbaycan vətəndaşının rifahını təmin etmək, onun sosial problemlərinin həllini ön plana çıxarmaqdır. Dövlətimizin başçısının "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun ehtiyacları, rifahı və təhlükəsizliyi dayanır" fikri ölkədə həyata keçirilən genişmiqyaslı sosial islahatların mahiyyətini və məqsədini dolğun şəkildə ifadə edir. Bu siyasət çərçivəsində qəbul olunan sosial proqramlar və verilən mühüm qərarlar, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi nəticələr verməkdədir.

Sonxeber.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, dövlətimizin başçısının fərman və sərəncamları əsasında xüsusilə 2018-2024-cü illər ərzində icra edilən 4 böyük sosial islahat paketi 4 milyondan çox vətəndaşı əhatə edib. Bu sosial islahatların miqyasını nəzərə alsaq, onların icrasına illik əsasda əlavə olaraq 7 milyard manat vəsait ayrılması mühüm əhəmiyyət daşıyır. Həmin sosial paketlər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, gəlirlərinin artırılmasına və ümumilikdə rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir. Xüsusilə vurğulamaq lazımdır ki, istər COVID-19 pandemiyası, istərsə də müharibə dövründə və ya digər maliyyə tutumlu xərclərin artdığı dövrlərdə belə Azərbaycanda sosial xərclər azaldılmayıb, əksinə, artırılıb. Bunun bariz nümunəsi olaraq 5-ci böyük sosial islahat paketi elan edildi. Prezident İlham Əliyevin ötən il dekabrın 23-də imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncam bir daha göstərir ki, dövlət siyasətinin əsas prioriteti vətəndaşların rifahının artırılmasıdır və bu istiqamətdə aparılan sosial islahatlar ardıcıl şəkildə davam etdirilir. Yeni Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, fevralın 1-dən isə əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb.

"Əməkhaqlarının artırılmasında xüsusi məqama diqqət yetirmək vacibdir ki, minimum əməkhaqqının artımı yalnız aşağı maaşlı işçilərə təsir etməklə kifayətlənmir. Bu artım nəticəsində dövlət müəssisələrində çalışan bütün işçilərin əməkhaqları Vahid Tarif Cədvəlinə uyğun olaraq artırılır. Bu isə sosial siyasətin ədalət prinsipi əsasında həyata keçirildiyini və hər bir işçinin əməkhaqqının uyğun səviyyədə yüksəldilməsinin təmin olunduğunu göstərən mühüm göstəricidir. Bu artımlarla birgə 2018-ci ildən bəri minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya isə 3 dəfəyə yaxın artırılıb. Yeni sosial islahat paketində digər sosial ödənişlərin də artırılması nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğinin artırılması üzrə təkliflərini

artırılması üzrə təkliflərini 3 ay ərzində ölkə Prezidentinə təqdim edəcək. Beləliklə, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı və digər sahələri əhatə edən 19 pilləli Vahid Tarif Cədvəlinə əsasən maaşlarda ciddi artımlar tətbiq olunacaq. Nəticədə bu sosial paket ümumilikdə 3 milyon vətəndaşı əhatə edəcək və artımlar üçün illik əsasda əlavə olaraq 1,4 milyard manat vəsait ayrılacaq", - deyə QHT sədri vurğulayıb.

C.Hüseynzadə qeyd edib ki, Prezident İlham Əliyev bir neçə gün öncə yerli telekanallara verdiyi müsahibəsində jurnalistlərin müxtəlif mövzularda ünvanladıqları suallara cavab verərkən xüsusi olaraq vurğuladı: "İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik". Bu fikirlər dövlətimizin başçısının sosial siyasətə verdiyi yüksək önəmin və bunun ardıcıl şəkildə davam etdirilməsinin göstəricisidir.

Bu yanaşma ölkənin iqtisadi inkişafından doğan imkanların, ilk növbədə, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsi prinsipini əks etdirir. Prezidentin sözləri bir daha göstərir ki, sosial məsələlərin həlli yalnız iqtisadi göstəricilərlə bağlı deyil, eyni zamanda, dövlət siyasətinin əsas prioritetlərindən biridir. İqtisadi artımla paralel olaraq sosial təminatların yüksəldilməsi və əhalinin sosial rifahının davamlı şəkildə yaxşılaşdırılması ölkənin inkişaf modelinin əsasını təşkil edir. Davamlılıq modelindən danışarkən xüsusi olaraq vurğulamaq lazımdır ki, bu modeli dəstəkləyən alətlər və mexanizmlər son 6 il ərzində ardıcıl olaraq formalaşdırılıb. Məsələn, pensiyaların avtomatik indeksləşdirilməsi sistemi mühüm mexanizmlərdən biridir və bu, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının inflyasiyanın mənfi təsirindən qorunmasını təmin edir. Belə yanaşma dövlətin sosial müdafiə siyasətinin dayanıqlığını və vətəndaş rifahının qorunmasında uzunmüddətli perspektivi əsas götürdüyünü göstərir. Başqa bir mühüm məqam isə ondan ibarətdir ki, sosial islahatlar həyata keçirilərkən əhalinin sosial rifahının qorunması və gücləndirilməsi ilə yanaşı, ədalətli yanaşma və bərabər imkanların təmin edilməsi xüsusi olaraq diqqət mərkəzində saxlanılıb. Bu yanaşma, dövlət siyasətində sosial ədalət prinsipinin prioritet olduğunu və hər bir vətəndaşın inkişaf imkanlarına bərabər şəkildə çıxışının təmin edilməsinə xüsusi əhəmiyyət verildiyini bir daha göstərir.

"Hesab edirəm ki, islahatların uğurla həyata keçirilməsində və qazanılan nəticələrin qənaətbəxş olmasında mühüm amillərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən reallaşdırılan rəqəmsal xidmətlər və xüsusilə proaktiv xidmətlərin tətbiqidir. Bu yanaşma sosial təminat sahəsində operativlik və şəffaflığı artırmaqla yanaşı, vətəndaşların hüquqlarının vaxtında, effektiv şəkildə qorunmasını təmin edir. Bu da öz növbəsində sosial müdafiə sisteminin səmərəliliyinin yüksəlməsinə və əhalinin dövlət xidmətlərindən məmnunluğunun artmasına mühüm təsir göstərir", - deyə o əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1059   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun
.

MEDİA və Audiovizual Şuranın tərkibində yeni qurumun yaradılması niyə aktualdır?

"Hazırda biz müasir informasiya cəmiyyətinə qədəm qoymuşuq və son dövrün texnoloji yenilikləri, rəqəmsəl texnologiyaların informasiya sistemlərinə tətbiq olunması, süni intellektin xüsusi bir vasitə kimi informasiya sisteminə daxil olması bu sahədə islahatları zəruri edir". xəbər verir ki

16 iyun
.

Türkiyədə mədəndə uçqun: Ölən var

Türkiyənin Bolu bölgəsində mədəndə baş verən uçqun nəticəsində bir nəfər ölüb. xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb. Hadisə Mengen rayonu ərazində baş verib. Hələlik hadisənin səbəbi məlum deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır

17 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul