Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu

Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yoluİdeal mübarizə metodu mümkün deyil

Son günlərin əsas mövzusu qanunsuz şirkətlərdə mərc edən adamların pullarını ala bilməməsidir. Dövlət bununla bağlı yetərincə işlər görür. Amma insanlar hələ də həmin kompaniyalara inanmağa davam edir. Media belə məsələlərlə bağlı təbliğati işlər aparsa da, hələ də qanunsuz mərc şirkətlərinə inananlar var. Bu problemi necə həll etmək olar? Dünya praktikasında qanunsuz mərc oyunları şirkətləri ilə necə mübarizə aparılır? Suallarımızı tanınmış hüquqşünas Fərid Haqverdiyevə ünvanladıq. Vəkil məsələ ilə bağlı Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Avropa Şurasının idman yarışlarının manupilyasiyasına dair Makolin Konvensiyası var. 2014-cü ildən imzalanıb. 2019-da qüvvəyə minib. Bir sıra ölkələr tərəfindən tətbiq olunur. Burada qanunsuz mərc qoyuluşlarının anlayışı göstərilir. Qaynunsuz mərc oyunları dedikdə istehlatçının yerləşdiyi ölkənin qanunvericiliyinə əsasən növünə görə operatorluğuna icazə verilməyən oyunlar başa düşülür. Fərqli ölkələrdə bunların tənzimləməsi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Mübarizə növü 3 hissəyə bölünür. Birincisi "Ağ bazar" adlanır. Burada dünyanın hər yerində fəaliyyət göstərmək üçün lisenziya almış şirkətlər yer alıb. İkincisi "Boz bazar" adlanır. Bura ancaq müəyyən ölkələrdə fəaliyyət göstərmək üçün lisenziya almış operatorlar daxildir. Məsələn, "X" şirkəti ancaq ABŞ-da iş görə bilər, amma digər dövlətlərdə fəaliyyət göstərə bilməz. Üçüncü isə hamıya bəlli olan "Qara bazar"dır. Burada fəaliyyət göstərən şirkətlərin heç bir səlahiyyəti olmur. Onlar qanunsuz işləyirlər. Nəzəriyyədə "Qara bazar"la mübarizə ilə bağlı vahid sistem yoxdur. Bunların hamısı müxtəlif tənzimetmə predmetinə aiddir. İdeal mübarizə metodu mövcud deyil".

"Qara bazar"la mübarizənin 4 yolu var

Azərbaycanda qanuni faəliyyət göstərən mərc şirkətləri var. Buna uyğun qanun layihəsi də tərtib edilib. Amma insanlar hələ də qanunsuz fəaliyyət göstərən şirkətlərə öz pullarını əmanət edirlər. Bunun qarşısını almağın beynəlxalq müstəvidə yolu varmı? Fərid bəy sualımızla bağlı bunları söylədi:

"Bəzi nəzəriyyəçilər iddia edirlər ki, tənzimləmə çox ciddi olmalıdır. Məsələn, Böyük Britaniyadakılar hesab edirlər ki, təkcə "Ağ bazar" olmalıdır. Digərləri fəaliyyət göstərə bilməz. Lakin başqa Avropa Birliyi ölkələri – İspaniya, İtaliya bu məsələyə daha liberal yanaşır. Onlar düşünürlər ki, "Boz bazar"a da lisenziya verilə bilər. "Qara bazar"la necə mübarizə aparmaq olar? Makolin Konvensiyasında bununla bağlı xüsusi paraqraf var. Orada 4 əsas istiqamət müəyyən edilib. Birinci istiqamət ondan ibarətdir ki, qanunsuz mərc oyunlarının operatorları ölkədə bağlanmalıdır. Onların veb-səhifələrinə birbaşa və ya dolayı yolla girmək qadağan olmalıdır. İkinci istiqamət bundan ibarətdir ki, həmin qanunsuz mərc oyunları şirkətləri və istehlakçılar arasında maliyyə mübadiləsi olmamalıdır. Üçüncü yol isə həmin kompaniyaların reklamlarının qadağan olunmasıdır. Dördüncü isə qanunsuz mərc şirkətlərində oyun oynamağın riskləri ilə bağlı əhalini məlumatlandırmaqdır. Yenə deyirəm, burada vahid yanaşma yoxdur. Sadəcə, bunlar Makolin Konvensiyasının təklif etdiyi 4 istiqamətdir. Birinci istiqamətdə dövlət ancaq müəyyən şərtlərlə şirkətə lisenziya verir. Bizdə artıq bu istiqamətdə addımlar atılıb. Qanunsuz şirkətlərlə istehlakçının maliyyə mübadiləsi aparmasına necə mane olmaq olar? Banklara xüsusi nəzarət edilə bilər. Bununla bağlı bir çox nümunələr mövcuddur. Məsələn, İsveçdə banklar qarşısına 1 iyul 2023-cü il tarixindən öhdəlik qoyulub ki, hansısa qanunsuz mərc şirkətinə pul qoyuluşu təqdirdə, tənzimləyici quruma məlumat verilsin. Avstraliyada qanunsuz mərc şirkətlərinin operatorlarının saytlarına daxil olmaq mümkün deyil. Belçikada hansısa vətəndaş "X" şirkətinin saytına daxil olduqda ona "STOP" yazılı xəbərdarlıq mesajı gəlir. Davam edəcəyi təqdirdə, cərimə ediləcəyi qeyd olunur. İtaliyada isə hansısa şəxs "X" şirkətinin saytına daxil olanda, o, birbaşa tənzimləyici orqanın portalına yönləndirilir. Gördüyünüz kimi, bütün nümunələr aşağı-yuxarı eynidir. Yəni, Makolin Konvensiyasının ikinci istiqamətini özündə etiva edir. Yəni, şəxslə şirkət arasında maliyyə mübadilə edilməsinin qarşısı alınır. Polşada hansısa şirkətdən maliyyə əldə etsəniz, tənzimləyici orqan onu əldə etdiyi məbləğin 100 faizi qədər cərimə etmək hüququna malikdir".

Banklar, influenserlər maarifləndirmə işinə cəlb olunmalıdır

Son günlər qanunsuz mərc oyunları ilə bağlı maarifləndirmə işləri həyata keçirilir. Buna baxmayaraq, bəziləri hələ də həmin kompaniyalara inanırlar. Bunun qarşısını necə almaq olar? Nə etmək lazımdır ki, insanlar qanunsuz mərc oyunlarından imtina etsinlər? Tanınmış hüquqşünas influenserlərin bu işə cəlb olunmasının vacibliyini vurğuladı:

"Fransa və Belçikada təkcə həmin reklamlara çəkilən şəxs yox, media qurumu da cərimələnir. Hətta cinayət məsuliyyətinə cəlb olunurlar. Təkcə Avstraliyada 986 qanunsuz mərc şirkətinin reklamının ölkə ərazində yayımlanması qadağan olunub. Maarifləndirmə işlərini artırmaq lazımdır. Burada göstərmək olar ki, insanların hüquqları pozulur. Onlar ödənişlərini ala bilməyəcək, hesablarından əlavə pullar çıxarılsa, onların müdafiə edilmə mexanizmi olmayacaq. Maarifləndirmə hökümət tərəfindən aparılır. KİV-də bu istiqamətdə məlumatlar, videolar paylaşılmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən daima informasiya mübadiləsi aparılmalıdır. İnfluenserlər bu işdə aktiv olmalıdırlar. Çünki bir sıra ölkələrdə görürük ki, həmin şəxslər daha çox pul qazanmaq üçün qanunsuz mərc oyunları şirkətlərini reklam edirlər. Bu, qabaqcıl ölkələrdə də böyük problemdir. İnfluenserlər ölkədə fəaliyyət göstərən rəsmi şirkətləri reklam etməlidirlər. Mübarizə üsulunda əsas iş bankların maliyyə departamentlərinə düşür. Onlar belə əməliyyatlara blok qoymalıdırlar. Qanunvericilik baxımından onların üzərinə öhdəlik qoyulmalıdır. Hətta banklardan tələb etmək lazımdır ki, bu istiqamətdə təbliğat aparsınlar. Ödəniş terminallarına da xəbərdarlıq etmək lazımdır. Onların üzərinə öhdəlik qoyulmalıdır ki, qanunsuz mərc şirkətlərinə pul yatırmaq mümkün olmasın. Bəzi ölkələrdə düşünülür ki, təkcə şirkətləri cəzalandırmaqla iş bitməməlidir. Bura pul qoyuluşu edən istehlakçılar da cərimələnməlidir. Necə ki, qanunvericilikdə həm rüşvət alan, həm də verən cəzalandırılır. Burada da onu tətbiq etməyin tərəfdarı olanlar var".

İnfluenser və bloqerlərə xəbərdarlıq

Maraq üçün bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıq edib.

Bildirilir ki, bir sıra internet resurslarında, o cümlədən sosial şəbəkə fenomenləri, influenser və bloqerlərə aid səhifələrdə keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, idman mərc oyunlarının, qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib.Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər keçirilir, həmçinin qeyd edilən məsələ ilə bağlı Dövlət Xidmətinə daxil olan müraciətlər araşdırılır. Araşdırmalar zamanı Azərbaycan Respublikası ərazisində bir sıra internet resurslarında qumar oyunlarının reklamının yayımlandığı müəyyən edilib. Sözügedən reklamların yayımının dayandırılması, gələcəkdə bu kimi halların təkrar baş verməsinin qarşısının alınması ilə əlaqədar Dövlət Xidməti, eləcə də müvafiq sahədə inzibati xəta tərkibi üzrə protokol tərtib etmək səlahiyyəti olan digər inzibati orqanlar tərəfindən zəruri tədbirlər görülsə də, hələ də bir sıra internet portallarında bu kimi reklamların yayımlanması hallarına rast gəlinir.

Bildiririk ki, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 32.7-ci maddəsinə əsasən qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

Hansı cəza tədbirləri nəzərdə tutulub?

Qeyd edilən hallarla əlaqədar, qanunvericiliyin tələblərinin pozulmasına görə bazar subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə ki, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur.

Dövlət Xidməti qanunsuz reklamların yerləşdirilməsini təmin edən sosial şəbəkə fenomenlərinə, influenserə və bloqerlərə, bu reklamların yerləşdirilməsi ilə istehlakçıları aldadan və onlarda çaşqınlıq hissi yaradan bazar subyektlərinə bu kimi əməllərdən çəkinməklə bağlı xəbərdarlıq edir.

Ümid edirik ki, aparılan maarifləndirmə işlərinin müsbət nəticələri çox olacaq. Vətəndaşlar qanunsuz əməldən çəkinib, yalnız qanuni şans oyunlarına müraciət edəcəklər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 875   Tarix: 21 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr