Bəşər Əsədin həyat yoldaşına qan xərçəngi diaqnozu qoyulub
Suriya prezidentinin həyat yoldaşı Əsma Əsədə qan xərçəngi diaqnozu qoyulub.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının ofisində bildirilib.
Bəyanatda Əsədin xəstəliyin bir sıra simptomları və klinik əlamətlərinin olduğu bildirilir. Hərtərəfli müayinədən sonra ona kəskin miyeloid leykoz diaqnozu qoyulub. Birinci xanım "müvafiq sosial məsafəni" qoruyacaq və müalicə planının bir hissəsi olaraq ictimai tədbirlərdən müvəqqəti uzaqlaşacaq.
Xatırladaq ki, Əsma Əsədin 48 yaşı var. O, Londonda Suriyanın Homs şəhərindən olan mühacir ailəsində anadan olub və yalnız 2000-ci ilin noyabrında vətəninə qayıdıb və orada Bəşər Əsədlə ailə qurub. Onların üç övladı var. Əsmanın valideynləri İngiltərədə yaşamağa davam edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 903 Tarix: 21 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Planetin ən hündür 10 heykəli - Yerləşdiyi yer və ölçüləri...
Nəhəng heykəllər on kilometrlərlə uzaqdan görünür - ölçüləri ilə hətta fotolarda belə təsir bağışlayır və təbii ki, turistlərin diqqətini cəlb edir. Bu abidələrdən bəziləri tanrılara, digərləri isə tarixi şəxsiyyətlərə həsr olunub. Hazırda dünyada bu cür heykəllərin sayı əllidən çoxdur. Qaynarinfo "Unian"
23 dekabrPlanetin ən vəhşi yerlərindən biri: Çilidə unikal milli park yaradılır
Çili hökuməti yay mövsümündə sərin istirahət üçün ən cəlbedici istiqamətlərdən biri sayılan bu ölkədə, 47-ci milli parkın yaradılmasına hazırlaşır. Yeni park demək olar ki, 200 min hektar toxunulmamış vəhşi təbiətin qorunmasını nəzərdə tutur. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian"
26 dekabrÇin xarici ticarətlə bağlı qanunu yeniləyib
Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi 2026-cı il martın 1-də qüvvəyə minəcək "Xarici ticarət haqqında" qanunu yeni redaksiyada qəbul edib. "Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Sənəd milli suverenliyin və inkişaf maraqlarını
27 dekabrZelenski ABŞ-la müzakirə olunan sülh planının detallarını açıqladı
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ ilə Ukraynadakı münaqişənin həlli istiqamətində müzakirə olunan planın detallarını açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, ilkin mərhələdə 20 bənddən ibarət olan plana hələ razılaşdırılmamış, mübahisəli təkliflər də daxildir. Ukrayna və ABŞ nümayənd
24 dekabrPutinin ona ad günündə nə hədiyyə etdiyini paylaşdı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi mücrünün fotosunu paylaşıb. "Qafqazinfo" xəbər verir ki, diplomat teleqram kanalında hədiyyə ilə bağlı paylaşım edib. Fotoda üzərində "Moskva" və "Kreml"
26 dekabrVanqa rus ulduzla qohum imiş...
Rusiyalı müğənni Filipp Kirkorov bolqarıstanlı məşhur ekstrasens Vanqa ilə qohumluq əlaqələri barədə açıqlama verib. Bu barədə nəşrinə istinadən xəbər verir. Sənətçinin sözlərinə görə, Vanqa onun ikinci dərəcəli qohumu olub. Kirkorov uşaqlıq illərini xatırlayaraq bildirib ki, ağır xəstələndiyi dövrd
22 dekabr