Xala, dayı və bibi uşaqları arasında olan evliliklər QADAĞAN OLUNUR? - AÇIQLAMA
Milli Məclisin deputatı Tamam Cəfərova qohum evliliyinə qadağa qoyulması ilə bağlı fikirlər səsləndirib. Deputat bildirilib ki, qohum evlilikləri ilə bağlı hansısa formada qanunvericiliyə müəyyən şərtlər daxilində icazə və ya müxtəlif hallarda məhdudlaşdırılma kimi dəyişikliklər edilə bilər. Bəs ikinci dərəcəli - xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edilə yaxud bununla bağlı bir qanun layihəsi hazırlana bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, qanunvericiliklə xalaoğlu, bibiqızı və qohum evliliyi qanunla qadağa edilsə belə, həmin şəxslərin birgə yaşamasına, aralarında cinsi əlaqə olmasına və uşaq dünyaya gətirməyi qadağa qoyula bilməz:
"Nikahı qadağan etməsələr də bu əlaqəni və ya vətəndaş nikahını qadağan etmir. Belə olanda nikahsız ailələr çoxala bilər. Şəxslər ailə kimi yaşayacaq sadəcə rəsmi nikaha daxil olmayacaqlar. Onların uşaq dünyaya gətirməsi, valideynlik hüququnun verilməsi qanunla qadağan edilə bilmir. Əgər düşüncədə, şüurda dəyişiklik etməsək bu qadağalar mənasızdır. İnsanlar onsuz da alternativ yollar seçə biləcəklər. Hətta saxta övladlığa vermələr belə arta bilər. Yəni şəxslər bir-birinə kağız üzərində xalaoğlu yaxud xalaqızı kimi düşməsin deyə bu addımı atırlar. Sadəcə olaraq evli olan zaman doğulan uşaqlardaki tibbi və fiziki çatışmazlıqlar, xəstə olma ehtimalı kimi digər fəsadları qabartmaqla düşüncəni dəyişmək olar. Düşüncə dəyişməsə qanunu bu formada dəyişmək effektiv olmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1449 Tarix: 21 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda duman var
Hazırda Bakı və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır. Qeyd olunub ki, dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənili
16 fevralİlham Əliyev: "Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır"
"Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı bildirib ki, elektri
15 fevralAleksandar Vuçiç Prezident İlham Əliyevə təşəkkür etdi - VİDEO
Serbiya Prezidenti Aleksandar Vuçiç Serbiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək təşəkkürünü bildirib. xəbər verir ki, Aleksandar Vuçiç çıxışında bu fikirləri qeyd edib:. "Bu səfərə görə təşəkkürümü bildirirəm. Bilirəm ki, sizin səfərinizin proqramı çox sıxdı
15 fevralİcra başçısı köməkçisini işdən çıxarıb şəhərə "mer" təyin etdi (FOTO)
Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı köməkçisini və baş memarı vəzifədən azad edib. İqtisadiyyat.az-ın ələd etdiyi məlumata görə, bununla bağlı icra başçısı İlqar Mahmudov əmr imzalayıb. Əmrə əsasən, Rüstəm Məmmədov başçının köməkçisi vəzifəsindən azad olunub. Digər əmrlə o, başçının Quba şəhə
16 fevralBakıda yeni metro stansiyası açılır - BU TARİXDƏ - VİDEO
Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. "Xəzər TV"yə istinadla xəbər verir ki, artıq stansiyada son tamamlanma işləri aparılır. Sakinlər bildiriblər ki, illərdir təmir
15 fevralPensiyalar artırıldı - Əhaliyə ŞAD XƏBƏR
Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində növbəti mühüm irəliləyişə imkan yaradır. xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığ
15 fevralPrezident İlham Əliyev Azərbaycan-Serbiya dostluğunu təqdir etdi - VİDEO
"Hesab edirəm ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək". xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə iki ölkə arasında mətbuata bəyanatlarla çıxışında deyib. "Biz yaxın gələcəkd
15 fevral