"15-20 ildi deputat kürsüsündə oturanlar da "daha bəsdi" deməyi bacarmalıdırlar..."
"Onlardan artıq "naftalin iyi" gəlir, özləri hiss etməsəlır də, kənardan aydın duyulur..."
"Növbəti parlament seçkilərinin ölkədə ciddi ictimai-siyasi hadisə olacağına, siyasi sistemin inkişafına əlavə təkan verəcəyinə inanırıq. Son prezident seçkiləri kimi bu da, ərazi bütövlüyümüzün bərpa olunduğu şəraitdə ilk parlament seçkiləri olacaq".
Bunu Moderator.az-a açıqlamasında "Necə hesab edirsiz, Milli Məclisə payzıda gözlənilən növbəti seçkilər ölkəmizin daxili ictimai-siyasi həyatında hansısa ciddi dəyişikliklərə səbəb olacaqmı?" sualını cavablandırarkən Azad Vətən partiyasının sədri Akif Nağı söyləyib.
"Qarabağ Azadlıq Təşkilatı olaraq 30 il ərzində milli maraqlar, dövlət maraqlarının yanında olduq. Bu seçkilərdə də məhz dövlət maraqlarına xidmət mövqeyindən çıxış edəcəyik. İnanırıq ki, parlamentin tərkibi ciddi şəkildə yenilənəcək. Dövlət rəhbərliyinin bu yeniləşmənin tərəfində olacağına ümid edirik. 15-20 ildi deputat kürsüsündə oturanlar da "daha bəsdi" deməyi bacarmalıdırlar. Onlardan artıq "naftalin iyi" gəlir, özləri hiss etməsəlır də, kənardan aydın duyulur", -deyə davamında siyasətçi diqqətə çatdırıb.
"Partiyanız və şəxsən özünüz payızda keçirilməsi gözlənilən parlament seçkilərinə necə hazırlaşırsız?" sualına isə partiya rəhbəri belə cavab verib:
"Partiyamız bütün istiqamətlərdə seçkilərə hazırlaşır. Zatən, partiyanın fəaliyyətinin əsas hissəsi seçkilərlə bağlıdır. Biz də bu formulu fəaliyyətimizdə rəhbər tuturuq. Konkret olaraq müxtəlif dairələrdə şanslarımızı nəzərdə keçirir, qalib gələ biləcəyimiz dairələri təxmini olsa da müəyyənləşdirir, namizədlərimizin siyahısını dəqiqləşdirir, əsas şüarlarımızı seçir və digər işləri həyata keçiririk. Prezident seçkiləri zamanı Seçki qərargahı yaratmışdıq. Hazırda həmin qərargahın tərkibini yeniləyir, genişləndiririk".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 919 Tarix: 23 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Filippində 6.4 bal gücündə zəlzələ baş verib
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet
26 iyunNASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunTürkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyunBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyun