Yeni İran prezidenti Zəngəzur dəhlizinin açılması ilə bağlı ADDIMLAR ATACAQ? - ŞƏRH
İran prezidentinin və nümayəndə heyatinin faciəvi ölümündən sonra hakimiyyətə gələcək yeni prezidentin kim olacağı maraq doğurur. İran Konstitusiyasına əsasən, rəhbərin razılığı ilə birinci vitse-prezident prezidentin və parlamentin sədrindən ibarət şuranın yerini alır, məhkəmə hakimiyyətinin rəhbərləri və vitse-prezident isə 50 gün ərzində yeni seçkilər keçirməlidir. Hazırda isə İran prezidentinin səlahiyyətlərini birinci vitse-prezidenti, 70 yaşlı Məhəmməd Moxber yaxın iki ay ərzində yerinə yetirəcək.
Digər tərəfdən hələ də Zəngəzur dəhlizinin açılması məsələsi yubanır. İran tərəfi isə Zəngəzur dəhlizinin açılmasını "qirmızı xətt" adlandırırdı. Bəs hakimiyyətə gələcək yeni İran prezidenti Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atacaq?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayev deyib ki, İran prezidenti İbrahim Rəisinin faciəvi ölümündən sonra hakimiyyətə gələcək yeni İran prezidenti iki ölkə arasında normallaşma prosesini həyata keçirmək üçün siyasətin davamı aparacaqdır.
"Ümumiyyətlə İran prezident institutunun təsir gücü ali dini lider institutundan aşağı səviyyədədir. Burada prezidentliyə namizəd olacaq şəxsi və prezidenti İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei təyin edir. Bu baxımdan siyasi kursun ondan qaynaqlandığını nəzərə alsaq deyə bilərik ki, İran ali dini lideri vəfat edəcəyi təqdirdə yeni şəxsin kim olacağı təkcə Azərbaycan yox, digər ölkələrin münasibətinə də təsir edə bilər. İbrahim Rəisini əvəzləyəcək yeni İran prezidenti böyük ehtimalla onun siyasətinin davamını aparacaq".
Politoloqun sözlərinə görə, bu siyasət Rəisi və ondan əvvəlki prezidentlər ilə bağlı deyil. Bu məsələ İranda ali dini lider və onun ətrafındakı teokratik rejim ilə bağlıdır:
"Rejimdə xarici qüvvənin hakimiyyətə gələ bilməyəcəyini nəzərə alsaq, deyə bilərik ki, elə bir ciddi dəyişiklik olmayacaq. Zəngəzur dəhlizi isə Azərbaycan və Ermənistan arasında olan bir məsələdir. İran tərəfi bununla bağlı süni maneələ yaratsa da, bunlar rəsmi Bakı və İrəvan arasında müzakirə ediləcək məsələlərdir. Rəsmi Bakı danışıqlar prosesində və heç bir detalında xarici qüvvələrin iştirakını istəmir. Son görüşlər onu göstərir ki, bu istiqamətdə ikili danışıqlar daha effektivdir. İrandakı hər hansı dəyişikliyin bu məsləyə təsir edəcəyini düşünmürəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA