"Dəfn pulu" işləməyən şəxslərə VERİLƏ BİLƏR? - AÇIQLAMA
Milli Məclisdə bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsi təklif edilib. Bu təkliflə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. O, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinətinin verilməsini təklif edib. Bəs işləməyən şəxslərə də dəfn müavinəti verilə bilər? Sözügedən müavinət üzrə artımların olması gözləniləndir?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, mövcud qanunvericiliyə görə, dəfn pulu işsizdən sığorta ödənişi alan, sığorta olunan şəxslər vəfat etdikdə verirlər:
"İşsizdən sığorta ödənişi alanlar isə vaxtilə işləyənlərdir. 500 manat əmək pensiyaçıları vəfat etdikdə, əmək pensiyaçının minimum 3 misli məbləğində verilir. Əmək pensiyasının minimum məbləği 280 manatdır. Əmək pensiyaçıları vəfat etdikdə 840 manat verilir. Amma işləyən yaxud işsizdən sığorta alan şəxslərə isə 500 manat verirlər. Bununla bağlı artım 2023-cü ilin əvvələrində olub. Bu baxımdan güman etmirəm ki, həmin məbləğ artırılsın. Çünki 2023-cü ilin yanvarından artım təyin olunub. Əmək və əhalinin sosial Müdafiəsi naziri bir təşəbbüs ilə çıxış edib. Bunu pulu məhdud şəxslər alır. Pensiyaçılar, işləyən və işsizlik müavinəti alan şəxslər bu pulu alır. Amma indi təklif edilir ki, işləməyən şəxslərdə alsın. Ümumillikdə yaxşı qərardır. Dəfn pulu birdəfəlik verilən məbləğdir. Əgər qəbul edilsə, ailələrin özünə də köməkdir. Məsələ ilə bağlı hələ müzakirələr gedir. Təşəbbüs varsa, böyük ehtimalla qərar kimi qəbul ediləcək. Müəyyən müddətdən sonra, qiymət artımlarına görə bütün ödənişlər və təqaüdlərə belə baxıla bilər. Amma 2024-cü il üzrə bununla bağlı addım atılacağına inanmıram".
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1555 Tarix: 23 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Filippində 6.4 bal gücündə zəlzələ baş verib
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet
26 iyunNASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunTürkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var
Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla
23 iyunBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyun