"Hard diskləri komitə sədrinin tapşırığı ilə evinin həyətində doğrayıb tulladıq" - Naxçıvanın sabiq maliyyə naziri və gömrükçünün məhkəməsi

"Hard diskləri komitə sədrinin tapşırığı ilə evinin həyətində doğrayıb tulladıq" - Naxçıvanın sabiq maliyyə naziri və gömrükçünün məhkəməsiMayın 23-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin nümayəndəsi iştirak etməyib. Zərərçəkən Azərbaycan Respublikası Maliyyə Nazirliyindən məhkəməyə müraciət edərək dəymiş ziyan ödənildikdən sonra prosesdə iştirak edəcəklərini bildiriblər.

Təqsirləndirilən şəxs Rafael Əliyev bildirib ki, vəsaitin müəyyən hissəsi ödənilib və bu proses davam edir.

Daha sonra məhkəmədə şahidlərin ifadəsi dinlənilib. Şahidlər bildiriblər ki, TIR və GRP proqramları çoxdan yaradılıb və bu proqramlar vasitəsilə alınan pullar müvafiq adamlara - komitənin maliyyə şöbəsinə verilirdi. Bu göstərişi onlara komitə sədri Səhhət Həbibbəyli verib. Şahidlər qeyd ediblər ki, onlar proqrama müdaxilə edə bilməyiblər.

İdxal xətti ilə pullar manatla, tranzitlə gələnlərdən isə dollarla alınıb. Eyni zamanda, gömrüklərdə sərnişin xəttindən də pullar yığılıb və günün sonunda yığılan pullar barədə komitəyə məlumat verilirdi. Bu pullara heç kim dəyə bilmirdi. Ay ərzində yığılan pulların miqdarı da müxtəlif olurdu. Bəzi gömrüklərdə xətlərə uyğun olaraq 200-250 min, bəzilərində isə 300-400 min manat pul yığılırdı.

Həmin dövrdə gömrüklərdə şöbə müdirləri, post rəisləri kimi çalışan şəxslər aylıq olaraq 2000-3000 manat paket alıblar.

Şahidlər bildiriblər ki, hard-disklərin (yaddaş cihazlarının) məhv edilməsini onlara komitə sədri Səhhət Həbibbəyli tapşırıb: "Komitə sədri zəng elədi, hard-disklərin məhv edilməsini tapşırdı. Təxminən 20-30 hard-disk var idi. Çilingərlə bir evə getdik, orda onları doğradı və şəhərdən kənarda olan məişət tullantılarının olduğu yerə atdı. Sonradan məlum oldu ki, həmin həyət Səhhət Həbibbəylinin yaşamadığı evinin həyətidir".

Məhkəmədə ifadə verən şahidlər qeyd ediblər ki, gömrüklərdən keçən maşınlar tərəzilərə çıxarılırmış və hər birindən 20 manat alınırmış: "İl ərzində təxminən 1-1,2 milyon manat pul yığılırdı ki, o da komitədə Rafael Əliyev və Mənsur Əsgərova verilirdi".

Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdiri Nurlan Hacıyev şahid kimi dindirilib. O, bildirib ki, çalışdığı dövrdə müəyyən edilən fiziki şəxslərin pullar çıxarışla alınırmış:

"Dövlət büdcəsindən həmin şəxslərə köçürülən vəsaitlərin sənədləri çıxarılırdı və onlardan köçürülən vəsaitin 10 faizi alınırdı. Bu tapşırığı maliyyə naziri Rafael Əliyev vermişdi. Gətirib otaqda mənə verirdilər, mən də nazir Rafael Əliyevə verirdim".

Nurlan Hacıyev hər ay 1000-1200 manat paket aldığını da qeyd edib. Şahid ifadəsində vurğulayıb ki, 2021-ci ilin əvvəlindən 2022-ci ilin oktyabr ayınadək təxminən 3-3,5 milyon manatı Rafael Əliyevə xidməti otağında verib.

Təqsirləndirilən R.Əliyev şahidin ifadəsini təsdiqləyib.

Daha sonra prokuror vəsatət qaldıraraq bütün proseslərdə zərərçəkənlərlə üzləşməsi üçün Nurlan Hacıyevin iştirakının təmin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə prokurorun vəsatətini təmin edib.

Proses iyunun 11-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər./APA


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 811   Tarix: 24 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

Şuşada TDT-nin dini qurum rəhbərlərinin ilk görüşü keçiriləcək

İyunun 30-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək. xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, tədbirdə TDT Baş katibinin, eləcə də üzv ölkələri

24 iyun
.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. Oxu.Az "Reuters" agentliyinə ist

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb. "Reuters" agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib. Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma hal

19 iyun
.

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafi

29 iyun
.

NASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini

17 iyun
.

Yaşıl iqtisadiyyat və gələcəyin iqtisadi modeli - AÇIQLAMA

Yaşıl iqtisadiyyat nədir? Yaşıl iqtisadiyyat təbiətlə dost, ağıllı iqtisadiyyatdır. Planetə zərər vermədən işləmək, istehsal etmək -yaşıl iqtisadiyyat budur. Yaşıl iqtisadiyyatda az tullantı ilə çox fayda əldə edirik, ekologiya daha təmiz qalır. Yenidən istifadə və təkrar emal əsasdır. Bəs yaşıl iqtisadiyya

26 avqust
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu - FOTO

Gəncədə orta məktəbin qarşısında şagirdi qətlə yetirən yeniyetməyə hökm oxunub. -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə F.Şabanov 10 il azadlıqdan məhru

29 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun