Gömrük Komitəsi ilə bağlı şikayətlərin səbəbi sahibkarlara qan uddurulmasıdır!
Bu gün Azərbaycanda bəzi dövlət qurumlarının fəaliyyətindən narazılıqlar var. Əsas şikayətlər isə icra hakimiyyətləri, bələdədiyyələr ilə bağlıdır. Çünki çox vaxt vətəndaşın müraciətlərinə baxılmır. Lakin narazılıqların olduğu qurumlar arasında Dövlət Gömrük Komitəsinin adını çəkə bilərik. Gömrük Komitəsi hər zaman şikayətlərin hədəfindədir, etirazlara səbəb olan qurumdur. Bəs bunun səbəbi nə ilə bağlıdır?
Əslində sualın cavabı çox bəsitdir. Gömrük komitəsi ilə bağlı şikayətlərin olmasının səbəbi sahibkarlara qan uddurulmasıdır. Ümumiyyətlə Gömrük Komitəsi ilə sahibkarlr arasında münasibətlərdə son vaxtlar yumşalmalar var. Amma hələ də müəyyən məsələlər problem olaraq olaraq. Sözügedən mənzərəyə uyğun bir nümunə göstərə bilərəm. Sahibkar xaricdən mal gətirir. Gömrük Komitəsi qiymətləri özbaşına artırır. Sahibkar xaricdən gətirilən malın çekini göstərir. Gömrük Komitəsindən isə deyilir ki, bu qiymətdir. Gömrük Komitəsində özbaşınalıq çoxdur. Sahibkar razı olmayanda onun gətirdiyi malı buraxmırlar. Azərbaycanda Gömrük Komitəsinin digər qurumlardan fərqi ondadır ki, məhkəməyə gedəndə o qurumlar ilə bağlı effektiv qərar əldə etmək olur. Məsələn: vergidən nümayəndə gəlir və sahibkara artıq vergi yazır. Onu məhkəməyə verəndə problem həll olunur.
Bu gün Gömrük Komitəsini isə Azərbaycanda nadir hallarda məhkəməyə verirlər. Çünki bunun bir mənası yoxdur. Sahibkar xaricdən mal gətirir, Gömrük Komitəsi isə buraxmır. Bu qurumla illərdir məhkəmə çürüsək axı xaricdən gətirilən mal burada korlanır. Burada sahibkarın biznesi dayanır. Sahibkar burada məcburdur ki, Gömrük Komitəsi ilə dil tapsın. O biri dövlət orqanları ilə belə deyil. Əlbəttə ki, illərdir davam edən proses ilə əlaqədar ekspertlər təkliflər irəli sürür. Burada bir mexanizm olmalıdır. Sahibkar və Gömrük Komitəsi arasında mübahisə yaranırsa, sahibkar istəyirsə ki, malı ölkəyə daxil olsun, o zaman qurumu məhkəməyə verməlidir. Məhkəməni udacaqsa, Gömrük Komitəsinə heç bir ödəniş etməyəcək. Əgər məhkəmədə uduzacaqsa Gömrük Komitəsinə ödənişi ödəyəcək. Burada əsas odu mal ölkəyə gəlməlidir. İkinci yol isə müxtəlif bir praktika olmalıdır. Sabah sahibkar Gömrük Komitəsini məhkəməyə verərsə və udursa, qurum ona dəyən ziyanı artıqlaması ilə ödəməlidir. Bu mexanizm yoxdur deyə sahibkarlr bu qurumdan şikayət edir
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1693 Tarix: 24 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq?
Bakı ilə Tbilisi arasında dəmir yolu ilə səfərlərə maraq artır. Marşrut üzrə qatarların tam dolu hərəkət etməsi və biletlərə yüksək tələbat sərnişindaşımaların genişləndirilməsi zərurətini yaradıb. Azərbaycan Dəmir Yolları (ADY) noyabrın 1-dən etibarən bu istiqamətdə reyslərin sayını artıraraq sərnişinlə
10 oktyabrAzərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olara
10 oktyabrMəktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq. Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvand
11 oktyabrAzərbaycan kürü istehsalını son 5 ildə 36 dəfə artırıb
2025-ci ildə Azərbaycanda 3,6 ton nərə kürüsü istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 2,3 ton və ya 2,8 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 3,7 ton və ya 36 dəfə çoxdur. Hesabat dövründ
10 oktyabrAzərbaycanda çörək bahalaşacaq? - AÇIQLAMA
Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını alma
11 oktyabr4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar
10 oktyabrPensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri
11 oktyabrAvtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR
Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri
11 oktyabr