Leyla Əliyeva Berlində işgüzar səfərdə olub - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq biomüxtəliflik günü ərəfəsində Berlinə işgüzar səfəri çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində IDEA İB-nin təşkilatçılığı ilə keçirilən "Təbiətə qayıdış: Azərbaycanda zubr populyasiyasının bərpası" adlı tədbirdə iştirak edib.
Sonxeber.az-ın Azərtaca istinadən verdiyi xəbərə əsasən, tədbirdə çıxış edən Leyla Əliyeva, eləcə də Berlin Zooparkının direktoru Andreas Knirim və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Almaniya nümayəndəliyinin konservasiya üzrə müdiri Katrin Samson tədbirin əhəmiyyətindən bəhs edib, ölkəmizdə zubr populyasiyasının bərpası və inkişafı üzrə görülən işlərin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar. Tədbirdə həmçinin bu sahədə görülən işlərə həsr olunmuş film və fotosərgi nümayiş etdirilib.
Leyla Əliyeva səfər çərçivəsində "Michael Succow" Fondunun təsisçisi Maykl Sukkov, Lissabon Zooparkının Zoologiya və veterinar şöbəsinin müdiri Ruy Bernardino, eləcə də Andreas Knirim və Katrin Samson ilə ayrıca görüşlər keçirib, təbiəti mühafizə, canlı aləmin konservasiyası və bərpası sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb. Sonuncu görüş zamanı Bakı və Berlin Zooparkları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, zooparklar öz aralarında məlumat, bilik və təcrübə mübadiləsi keçirəcək, habelə əməkdaşlar üçün birgə təlimlər təşkil edəcəklər.
Qeyd edək ki, ötən əsrin əvvəllərində ölkəmizdə nəsli kəsilmiş zubr populyasiyasının vəhşi təbiətə reintroduksiyası məqsədilə 2012-ci ildən etibarən İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə tərəfdaşlığı çərçivəsində uğurla həyata keçirilməkdə olan layihə nəticəsində hazırda Şahdağ Milli Parkının ərazisində 61 başdan ibarət zubr populyasiyasının bərpasına nail olunub.

















Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sodayla ağ saçlardan qurtulmağın yolu
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA
Kiçik görünüş, böyük sağlamlıq faydaları
Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Qiymətlər REKORD HƏDDƏ ENƏ BİLƏR: Yumurta bazarında nə baş verir?
XƏBƏRDARLIQ! Şimşək çaxacaq, dolu düşəcək... - SABAHIN HAVASI
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
Oğlan uşaqlarına bu sözləri qətiyyən deməyin
Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO