Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR? - ŞƏRH
Fransanın daxili işlər naziri Jerald Darmanan 16 may 2024-cü il tarixində "France-2" telekanalına müsahibəsində və daha öncə ölkəmizə qarşı çıxışı zamanı Azərbaycanı diktatura adlandırıb. Rəsmi Bakıdan Fransaya xəbərdarlıq edilib ki, Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq. Belə olan halda Azərbaycan öz səfirini Fransadan geri çağıra bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Bu gün Fransa diktatura görmək istəyirsə, özünə baxsın. Yeni Kaledoniyada Fransa açıq bir şəkildə ən qəddar diktaturalara layiq hərəkətlər edir:
"Biz bilirik ki, Yeni Kaledoniyada müstəqillik istəyən, Fransanın əsarətindən xilas olmağa çalışan sivil xalqa qarşı Hitler kimi diktatorların etdiyi qan tökmə əməliyyatlarını həyata keçirir. Fransa həm işğalçıdır, həm də xalqa qarşı diktatorial siyasət yeridir. Fransa çox yaxşı bilirik ki, Azərbaycan onun bu neokolonist siyasətinə qarşı çıxır. Eyni zamanda onun bu siyasətini bütün dünyada ifşa edir. Fransa anti-Azərbaycan kampaniyası aparan ölkələrdən biridir. Bu gün Fransa Ermənistandakı revanşist qüvvələri dəstəkləyir. Eyni zamanda qərbdəki bir çox manipulyativ maliyyə quruluşları vasitəsilə Azərbaycana qarşı qara pr aparmağa çalışır. Bunların təməlində Azərbaycanın bu gün Cənubi Qafqaz regionunda güclü olması və Azərbaycanın Fransanin neokolonist siyasətinə qarşı çıxmasıdır".
Politoloq Azərbaycanın Fransadakı səfirinin geri çağırılması ilə bağlı məsələyə aydınlıq gətirib:
"Fransanın Azərbaycana qarşı apardığı qara pr kampaniyasına davam edəcəyi təqdirdə müvafiq addımlar atılacaqdır. Belə olan halda Azərbaycanın öz səfirini geri çağırması istisna deyil. Əvvəllər də başqa ölkələr ilə Azərbaycan arasında belə hallar baş vermişdi. Bu halda Azərbaycan öz səfirini geri çağırmışdı".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA