Suriyadan cənnətə "gedəcəkdi", yük tırının altında Azərbaycana qayıtdı

Suriyadan cənnətə "gedəcəkdi", yük tırının altında Azərbaycana qayıtdıSuriyada yaradılmış qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan 41 yaşlı Kamran Zülfüqarovun məhkəməsi başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məlumat üçün deyək ki, Kamran Zülfüqarov 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından çıxarılıb. Onun Suriyadakı cinayətkar fəaliyyəti isə 2013-cü ili əhatə edib.

Sonradan əməllərindən peşman olaraq, gizli yolla Azərbaycana gələn Zülfüqarov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatçıları tərəfindən müəyyən edilərək tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) maddəsi ilə yekun ittiham elan edilib.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, məhkəmədə əvvəl dediklərindən fərqli ifadə verib.

İstintaq vaxtı ifadəsində deyib ki, Suriyada təlimlərdə iştirak edib. Həmin ölkənin Haritan şəhərində "Xalid dayı" dini ləqəbli Bədəlov Rövşən Kitab oğlunun rəhbərlik etdiyi "Xalid dayının camaatı" adlı qanunsuz silahlı qruplaşmanın üzvü olub. Amma sonradan Xalid dayı ilə arası pisləşdiyi üçün sonuncu onu İŞİD-ə həbs etdirib. İki ay sonra o, həbsdən buraxılaraq gizli yollarla Türkiyəyə qaçıb. Kamran bir neçə il Türkiyədə yaşadıqdan sonra yük tırlarının altında gizlənməklə qanunsuz yolla Azərbaycana keçib.

Məlum olub ki, Kamran Zülfüqarov Suriyaya həyat yoldaşı və uşaqlarını da aparıbmış. Kamrandan fərqli olaraq həyat yoldaşı başlarına gələnləri ətraflı danışıb:

"Kamranla əvvəl Xırdalanda yaşayırdıq. Həmişə dinə bağlı insan olub. Deyirdi ki, Suriyada döyüşüb şəhid olmaq istəyir. Sonra istəyini reallaşdırmaq qərarına gəldi. Mən əvvəl qorxsam da, razılaşdım. Əvvəl Türkiyəyə oradan da Suriyaya getdik. Orada bizi "Xalid dayının camaatı"nın rəhbəri kimi tanınan Xalid dayı qarşıladı. Bundan sonra Kamran camaatla birgə postlara çıxmağa başladı. Yadıma gəlir, Kalaşnikov markalı silahı var idi. Bir müddət sonra Kamran yoxa çıxdı. Xalid dayı onun öldürüldüyünü dedi. Amma 2 ay sonra Kamran evə qayıtdı. Bundan sonra Türkiyəyə qaçdıq. Bir neçə il orada yaşadıq. Günlərin birində təcili tibbi yardım çağırdıqdan sonra ölkədə qanunsuz yaşadığımız aşkar edildi. Bundan sonra, mən uşaqlarımla birgə deport edilərək Azərbaycana qayıtsaq da, Kamran deport edilməkdən yayınaraq orada qaldı. Bir müddət orada tək yaşadıqdan sonra o da Azərbaycana qayıtdı".

Təqsirləndirilən şəxsin anası da şahid qismində ifadə verib. Şahid oğlunun İŞİD-ə qoşulduğunu bilmədiyini deyib. Valideynin sözlərinə görə, oğlu inanıb ki, Suriyaya köçüb oradan cənnətə gedəcək. Şahid oğlunun cihad üçün getdiyini, lakin sonradan peşman olduğunu söyləyib.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti dəlil və sübutları tədqiq etdikdən, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsin verilmiş ittihamla cəzalandırılmasını qanunauyğun hesab ediblər. Qeyd edilib ki, təqsirləndirilən şəxsin əməli Suriya Ərəb Respublikasında da cinayət hesab olunub.

Hökmə əsasən Kamran Zülfüqarova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkəcək.

Qeyd edək ki, Kamran Zülfüqarov DTX tərəfindən saxlanıldıqdan sonra istintaq dövründə etiraf videosu yayılmışdı.
Suriyadan cənnətə "gedəcəkdi", yük tırının altında Azərbaycana qayıtdıSuriyadan cənnətə "gedəcəkdi", yük tırının altında Azərbaycana qayıtdı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1521   Tarix: 28 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr