9 il yatıb 21 yaşında OYANDI: hamıya sirr qalan qızın HEKAYƏSİ
İngiltərənin Turvil kəndində Ellen Sadler 9 il yatıb. 1871-ci ildə baş verən hadisə illər boyu sirr olaraq qalmağa davam edib.
Yuxu bədənin ən əsas ehtiyaclarından biridir. Hər sağlam insan gün ərzində təxminən 7-8 saat yatmalıdır. Ancaq Ellen üçün vəziyyət bir az fərqli idi. Kiçik qız bir gecə yatıb və 9 il oyanmayıb.
Lent.az Ellenin həyat hekayəsini təqdim edir.
Ellenin 11 yaşına qədər səhhətində heç bir problem olmayıb. Bir gecə o, 12 bacı-qardaşı ilə yatmağa gedib, lakin səhəri gün oyanmayıb. 29 mart 1871-ci ildə ailəsi onun öldüyünü düşünüb.
Ailəsi vəziyyəti gördükdən sonra onu oyatmaq üçün müxtəlif cəhdlər edib, lakin Ellen oyanma əlaməti göstərməyib. Nəbzi atılan və nəfəs alan balaca qızın komada olduğu qənaətinə gəlinib.
Anası Ellenə 9 il körpə uşaq kimi qulluq edib. Ona süd və çay verib. Yatan qız arıqlayır və tükənirdi. İnsanlar qeyri-adi bir hadisə görmək üçün evlərinə gəlməyə başlayırdılar. Ona baxıb oyatmağa çalışıblar və dostlarına onun haqqında danışıblar.
Bir müddət sonra Ellenin hekayəsi müxtəlif ölkələrə yayıldı. Ellenin ailə evi "Sleepy Cottage" adlanırdı. Qızın vəziyyəti şouya çevrilmişdi. Onun saçını almaq üçün külli miqdarda pul ödəyən insanlar var idi.
Təklif olunan külli miqdarda pula görə polis qızın ailəsindən şübhələnib. Qızın vəziyyətindən pul tələsi kimi istifadə edildiyini düşünən polis araşdırmalara başlasa da, araşdırmalar nəticəsində bu şübhənin əsassız olduğu üzə çıxıb.
İllərlə qızının yatmasına dözə bilməyən Enn Sandler infarkt keçirərək dünyasını dəyişib. Həkimlərin dediyinə görə, balaca qızcığazın anasının ürəyi 9 il çəkdiyi kədərə dözə bilməyib.
Ellen 21 yaşında, anası öldükdən 5 ay sonra oyandı. O, 9 il ərzində bir dəfə də olsun yuxu görmədiyini deyib. Bədəninin 21 yaşında olmasına baxmayaraq, Ellenin zehni hələ 11 yaşında idi və o, inkişafdan çox uzaq idi.
Dr. Gelineua Ellenin necə yuxuya getdiyini və 9 il sonra oyandığını araşdırmağa başlayıb. 1880-ci ildə narkolepsiya aşkar edildi. Narkolepsiya yaxud ümumi bilindiyi kimi yuxu xəstəliyi, qeyri-adi vaxtlarda yuxululuq və ani yuxu hücumları ilə xarakterizə olunan xroniki yuxu pozğunluğudur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1362 Tarix: 29 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?
Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır
20 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrİnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO
Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem
18 sentyabrTelefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrİnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabr