Azərbaycanda bu məhsullar bahalaşacaq - AÇIQLAMA
Son vaxtlar regionlarda müşahidə olunan anomal hava şəraiti bağ və bostan bitkilərinin bir çoxuna ciddi ziyan vurub. Yağan dolu və yağış nəticəsində baş verən sel əksər fındıq və qoz bağlarını su altında qoyub. Analoji fəsadlar digər meyvə və tərəvəzlərdə də müşahidə olunur. Bu isə sözügedən bitkilərin məhsuldarlığı ilə bağlı narahatlıq yaradır.
Mövzu ilə bağlı Referans.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, yağıntıların vurduğu ziyan məhsuldarlığa ciddi zərbə vuracaq:
"Hava şəraitinin bu cür meyvə və tərəvəzlərə təsiri müxtəlifdir. Birincisi, dolu düşən ərazilərdə olan meyvə bağlarında məhsuldarlıq aşağı düşəcək. Bu ərazilərdə əkilən fındıq və qozun dolu düşməsi nəticəsində ciddi ziyan gördüyü məlumdur. Çünki yağış o qədər də ciddi təsirə malik deyil. Əsas ciddi təsir dolu və küləkdir. Dolu yağan zamanı bitkilərin çiçək və yarpaqlarına ciddi ziyan dəyir, külək isə onların bir çoxunu kal şəkildə sındıraraq ağacdan salır. Bu təbii olaraq məhsuldarlığa təsir edəcək".
Ekspert məhsuldarlığın az olmasının qiymətlərin qalxmasına gətirib çıxaracağını qeyd edib:
"Bu il ötən ilə nisbətən məhsuldarlığın yüksək olması proqnozlaşdırılırdı, lakin dolu və yağışın düşməsi bu gözləntini aşağı saldı. Hazırda zərər var və qaçınılmazdır. Bu meyvələr əsasən şimal zonasında yetişir və ötən həftələrdə həmin ərazilərdə kifayət qədər dolu və külək oldu. Bu səbəbdən məhsuldarlıq aşağı olacaq və qiymətlərin bahalaşması da gözləniləndir. Əvvəlcə dəyən ziyan və məhsuldarlığın həcmi müəyyənləşdirilməlidir. Ancaq təəssüf ki, bu istiqamətdə işlər görülmür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1213 Tarix: 01 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabr2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabr