Niyə tədqiqatçı yetişdirə bilmirik? - ARAŞDIRMA

Niyə tədqiqatçı yetişdirə bilmirik? - ARAŞDIRMA"Biz ən yaxşı halda mütəxəssis hazırlaya bilirik, tədqiqatçı yox. Azərbaycanda ali təhsil müəssisələrində elmi-tədqiqat komponenti aşağıdır". Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda səsləndirdiyi bu fikirlər ölkədə elmi-tədqiqat institutlarının sayının həddən artıq çox olması, real nəticələrin isə görünmədiyi faktını da gündəmə gətirib. Belə ki, 130-dan çox sahəni əhatə edən elmi-tədqiqat institutları mövcud olsa da, ortada gözəçarpan nəticə yoxdur. Kəmiyyətin keyfiyyəti üstələməsi narahatlıq doğurur. Təhsilin tədqiqat əsasında qurulması, keyfiyyətin artırılması, interaktivliyin təmin olunması üçün vəziyyətdən çıxış yolu tapmaq isə asan görünmür.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Eyni istiqamətli institutlar varsa...

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, əsas məsələ institutların sayının çoxluğu və ya azlığı deyil:

"İnstitutlar çox da, az da ola bilər. Əsas hədəf və yanaşma düzgün strategiyanın olması və konkret olaraq hansı istiqamətlərdə işin aparılmasıdır. Burada iş konkret proqram üzrə getməlidir".

Millət vəkilinin fikrincə, gələcəkdə institutların bir qisminin və ya hamısının universitetlərə verilməsi məsələsinə baxılmalıdır:

"Tədqiqat institutları gələcəyə doğru ali təhsil müəssisələrinə verilərsə, biz o zaman konkret hədəf və vəzifələr müəyyən edib daha yaxşı nəticələr əldə edə bilərik. İlk növbədə bizim daha çox hansı sahələrdə araşdırmalara ehtiyacımızın olduğu müəyyən olunmalıdır. Əgər eyni istiqamətdə fəaliyyət göstərən institutlar varsa, hesab edirəm ki, tənzimlənmə nəzərdən keçirilə bilər".

Sadə həlli olmayan problem

Kembric Universitetinin professoru Qərib Mürşüdov Azərbaycanın təhsil müəssisələrində elmi-tədqiqatların zəif olmasının müxtəlif səbəblərinin olduğunu bildirib:

"Bunlar arasında ola bilər ki, ən vacibi təhsil işinin təşkilidir. Müəllimlər həddən artıq çox dərs deyir - bizdə 400-500 saat dərs demək qeyri-adi sayılmır. Müqayisə üçün Böyük Britaniyada 150 saat dərs həddən artıq çox sayılır. Ola bilər ki, təhsilin tədqiqat əsasında qurulması bu problemi qismən həll edə bilər. Hazırkı şərait belədir ki, müasir elmi-tədqiqatla məşğul olan müəllimlər azdır, olanlar da həddən artıq dərs dediklərindən vaxtları qalmır".

Professor hesab edir ki, Azərbaycandakı tədqiqat institutlarının sayı azaldılmalıdır. Belə ki, bütün tədqiqat institutlarının eyni dövlət qurumuna tabe olması vacib deyil, onlar ya müxtəlif nazirliklərə, ya universitetlərə və ya xeyriyyə cəmiyyətlərinə tabe olmalıdırlar:

"Britaniyada əsas tədqiqatlar universitetlərdə həyata keçirilir. Ancaq dövlətin strateji məqsədlərinə uyğun istiqamətlərdə fəaliyyət göstərən bir neçə institut da var. Onlar isə strategiya dəyişəndə və ya məhsuldar olmayanda bağlanırlar. İkinci tip tədqiqat institutları xeyriyyə cəmiyyətləri tərəfindən yaradılır və maliyyələşdirilir".

Q.Mürşüdov ümumiyyətlə bu sahədə hərtərəfli islahatlara ehtiyac olduğunu bildirib:

"Maliyyə artırmaqla, institut bağlamaqla bu problem həll olunmayacaq".

Dərs verə biləcək müəllim heyətinə ehtiyac var

ADA Universitetinin professoru Gülməmməd Məmmədov isə ölkəmizdə elmi-tədqiqat institutlarının çox olmasını kəmiyyət göstəricisi hesab edir:

"Onların say baxımından azaldılması və ya ləğvi yox, birləşdirilməsi və daha səmərəli idarə olunması ilə bağlı addımlar atıla bilər. Elə bir struktur yaradılmalıdır ki, elmi-tədqiqat müəssisələri ölkə üçün daha əhəmiyyətli olsun və az sayda istiqamət üzrə fəaliyyət aparsın. Belə olanda resursların idarə olunması da, tədqiqat müəssisələrinin ortaya qoyduğu tədqiqat keyfiyyətlərinin nəticələri də daha yüksək ola bilər. Sayın çox olması keyfiyyətin qaçılmaz olaraq aşağı düşməsinə səbəb olur".

Azərbaycanın pulu hesabına aparılmış tədqiqat...

G.Məmmədov qeyd edib ki, əgər elmi-tədqiqat institutları universitetlərin balansına verilsə, bu, effektiv olmayacaq:

"Dünyanın aparıcı jurnallarında bizim alimlərin tədqiqatlarının nəticələri çıxır. O tədqiqatlar Azərbaycan dövlətinin pulu hesabına aparılır. Onların dərcindən Azərbaycan dövləti nə fayda götürə bilər? İlk növbədə bu məsələ müəyyən edilməlidir. Yadda saxlanılmalıdır ki, elmi yeniliklərin önündə gedən bir kəşf edilsə, bunu birinci Azərbaycan kimi balaca dövlət yox, böyük dövlətlər məhsula çevirib qazanc əldə edəcəklər. Təkcə məqalələrin dünyanın aparıcı jurnallarında çap olunmasını hədəf kimi müəyyən etməyin özündə böyük bir yanlışlıq var. Azərbaycan dövlətinin pulu hesabına aparılmış tədqiqat nəticəsi niyə ayrı bir yerdə çıxmalıdır? Belə çıxır ki, Azərbaycan dövlətinin pulu ilə biz tədqiqatı başqa dövlətlər üçün aparırıq. Ona görə də öz ölkəmizin iqtisadiyyatına fayda verəcək tədqiqatlar aparmalıyıq".

Elmi mühiti sağlamlaşdırmalıyıq

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun fikrincə, ölkəmizdə çox sayda yaxın profilli tədqiqat institutları var ki, onları birləşdirmək vacibdir:

"Bu, administrativ xərclərin azaldılmasına gətirib çıxaracaq. Bir ara kimdən xoşları gəlirdisə, onun üçün institut açıblar. Eyni zamanda, oxşar və yaxın laboratoriyalar var ki, onları birləşdirmək olar".

Təşkilat rəhbəri "Azərbaycanda tədqiqatçı yoxdur" fikri ilə razılaşmır:

"Bu, ağır ittihamdır. Bəlkə də nazir fikrini belə sərt ifadə etmək istəməyib. Azərbaycanda az da olsa yaxşı tədqiqatçılar var. Sayın az olmasının da səbəbi var. Biz elmi mühiti sağlamlaşdırmalıyıq. Sağlam rəqabət, düzgün qiymətləndirmə olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 936   Tarix: 02 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO

Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem

18 sentyabr
.

Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin

Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula

22 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr