Azərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıb

Azərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıbRusiya Baş prokurorunun müavini - Rusiyanın Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti V.G.Petrovun, onun müavini ədliyyə general-leytenantı S.A.Zaryayevin və digər vəzifəli şəxslərin müşayiəti ilə Tatarıstanda səfərdə olublar.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Sonxeber.az-a bildirilib ki, səfərdə məqsəd Mərkəzi Hərbi Dairənin Kazan Qarnizonu Hərbi Prokurorluğunun nümunəsində Rusiyanın Hərbi Prokurorluq orqanları sisteminə daxil olan qarnizon hərbi prokurorluqlarının strukturu, fəaliyyəti və iş prinsipləri ilə yaxından tanış olmaq, eləcə də təcrübə və fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində əvvəlcə hər iki ölkənin hərbi prokurorunu Tatarıstanın Rəisi Rüstəm Minnixanov qəbul edib.

Görüş zamanı R.N.Minnixanov ölkələrimiz və xalqlarımız arasında olan doğmalıqdan, yaxın dostluq münasibətlərindən və bu əlaqələrin daha da dərinləşməsindən, Azərbaycanın dövlət başçısı ilə aralarında olan səmimiyyətdən bəhs edilib. Dövlətlər arasındakı əlaqələrin genişlənməsində və yüksələn xətt üzrə inkişaf etməsində Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü müstəsna işlərin əhəmiyyətindən danışılıb.

Qəbula görə R.N.Minnixanova minnətdarlığını bildirən ədliyyə general-leytenantı Xanlar Vəliyev millətlərimiz arasında olan qardaşlıq münasibətlərindən, bu münasibətlərin daha da möhkəmlənməsindən, Prezident İlham Əliyevlə Rüstəm Minnixanovun bir-birinə olan qarşılıqlı rəğbətindən söhbət açıb.

Hərbi prokuror görüşdə 2023-cü il iyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində keçirilən görüşü xatırladaraq, Rusiya Prezidenti Vladimir Putinlə dövlətimizin başçısı İlham Əliyev arasında səmimi münasibətlərin olduğunu xüsusi vurğulayıb.

Sonra Xanlar Vəliyev Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətini dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ildə daha da qüdrətlənməsindən, əldə edilən misilsiz uğurlardan, o cümlədən Vətən müharibəsində qazanılan möhtəşəm hərbi-diplomatik qələbədən, uzun müddət işğal altında olan dədə-baba torpaqlarımızın azad edilməsindən, bir sutkadan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi ərazilərimizin erməni quldurlarından təmizlənməsindən və beləliklə də, ərazi bütövlüyümüzün bərpa olunmasından, sadalanan uğurlara Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi töhfələrdən bəhs edib.

Səfər çərçivəsində Kazan Qarnizonu Hərbi Prokurorluğunun inzibati binasında prokurorluğun iş şəraiti və fəaliyyəti ilə yaxından tanış olan nümayəndə heyətinə Kazan Qarnizonu Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı M.D.Tsırenov prokurorluğun fəaliyyət dairəsi və istiqamətləri, görülmüş işlər və əldə edilmiş nailiyyətlər, vətəndaşların və hərbi qulluqçuların qəbulu, müraciətlərinə baxılması, təhqiqat orqanlarından daxil olan araşdırma materiallarının öyrənilməsi qaydaları və xidməti fəaliyyətə aid olan digər məsələlər barədə ətraflı məlumat verərək təcrübə və fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti, həmçinin Kazan Federal Universitetində, eləcə də Kazan Kremlində, "Qol Şərif" məscidində, "Tanrı Anasının Kazan İkonası" Məbədində, "Qələbə" parkında və digər tarixi-mədəni yerlərdə olublar. Bununla da Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri başa çatıb.
Azərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıbAzərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıbAzərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıbAzərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıbAzərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıbAzərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıbAzərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıb


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 892   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr