"Rabitə işi"ndəki şirkət rəhbəri və baş mühasib əmlaklarını yenidən geri tələb edir

"Rabitə işi"ndəki şirkət rəhbəri və baş mühasib əmlaklarını yenidən geri tələb edirKorrupsiya cinayətlərində ittiham olunan Aztelekom MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmov və "Azərpoçt"un sabiq rəhbəri Qəmbər Bəybalayevin müsadirə olunmuş əmlakları ilə bağlı qərardan yenidən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 6-na təyin edilib.

Şikayət hakim Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Belə ki, O.Rüstəmov özünün və ailə üzvlərinin adına olan mülklərin üzərinə qoyulmuş həbsin götürülməsini tələb edir. Rüstəmovun ailə üzvləri - həyat yoldaşı Validə Rüstəmova, oğlu Əli Rüstəmov, qızı Aliyə Rüstəmova və Q.Bəybalayevin isə həyat yoldaşı Gülüstan Bəybalayeva maraqlı şəxs kimi işə cəlb edilib.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına əsasən, O.Rüstəmovun adına Badamdarda fərdi yaşayış evi, oğlunun adına Dübəndidə bağ evi, digər oğlunun adına Badamdarda həyət evi, qızının adına Səbail rayonunda mənzil, həyat yoldaşının adına Yasamal rayonunda mənzil və Xaçmazda torpaq sahəsi olması müəyyən edilib. Qeyd olunan əmlaklar məhkəmənin qərarı ilə müsadirə olunub.

Xatırlatma: O.Rüstəmov ən səs-küylü məhkəmə işlərindən biri kimi tanınan "Rabitə işi"ndə mühakimə olunub. Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (red: hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun nazirliyin ayrı-ayrı qurumlarının vəzifəli şəxsləri ilə birlikdə 73 milyon 590 min manat pulun mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr yaranıb.

2015-ci ildə başlanan cinayət işi üzrə nazirliyin 11 vəzifəli şəxsi həbs olunmuş, hökm zamanı onlardan 5 nəfəri şərti cəza alaraq azadlığa buraxılmışdı. O.Rüstəmova da şərti cəza verilmişdi. Təqsirləndirilən şəxslərin əmlakları müsadirə olunmuşdu. Dövlətə vurulan ziyanı ödədikdən sonra "rabitəçilər"in 2009-cu ilə qədər əldə etdikləri əmlakların üzərindən müsadirə götürülmüşdü. Bu qərar onların cinayət əməlini 2009-2015-ci illərdə törətməsi ilə əsaslandırılmışdı.

Q.Bəybalayev 2017-ci ildə dövlətə vurduğu 2 milyon manat ziyanı ödəmişdi. O, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 845   Tarix: 04 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021